Bakıda “Bayraq yürüşü” keçirildi

Bakıda “Bayraq yürüşü” keçirildi
  07 Noyabr 2015    Oxunub:1542
Bu gün Bakıda Təhsil Nazirliyi 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayan “Bayraq yürüşü” “Azneft” meydanından Dövlət Bayrağı Meydanınadək davam edib.
Yürüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov, deputatlar, ali məktəb rektorları, çoxsaylı tələbə və şagirdlər iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti