İqbal Ağazadə və İlyas İsmayılov seçkini uduzdu

İqbal Ağazadə və İlyas İsmayılov seçkini uduzdu
  02 Noyabr 2015    Oxunub:2996
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlaması seçki ilə bağlı maraqlı mənzərə ortaya çıxarıb.
“Exit-poll”un nəticəsinə görə, 35 saylı Xətai III Seçki Dairəsində Araz Əlizadə 44,4 % səslə qalib gəlib və bu dairənin hazırkı deputatı İqbal Ağazadəni mandatsız qoyub.

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində isə bitərəf Ülviyyə Ağayeva 58,1% səs toplayaraq qalib olub. Bununla da dairənin hazırkı deputatı İlyas İsmayılovu deputat mandatından məhrum edib.

Digər bir sürpriz isə 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində yaşanıb. Belə ki, Vəhdət Partiyasının sədri Tahir Kərimli 67,2 faiz seçici səsi alaraq Milli Məclisdə təmsil olunmaq haqqı qazanıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti