Parisdə erməni təxribatının qarşısı alındı

Parisdə erməni təxribatının qarşısı alındı
  01 Noyabr 2015    Oxunub:1635
Ermənilərin Paris meriyasında Dağlıq Qarabağla bağlı təşkil etmək istədikləri təxribat xarakterli tədbirin qarşısı alınıb.

Erməni assosiasiyası Paris meriyasının binasında “Seçkilər, demokratiya və beynəlxalq tanınma: Dağlıq Qarabağın timsalında” adlı konfrans-debat keçirməyi planlaşdırırdı. Bundan xəbər tutan Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsi və əlaqədar orqanlara müraciəti nəticəsində bədnam tədbirin qarşısını almaq mümkün olub.

Fransız dilli erməni mətbuatı da meriyanın bu konfrans-debata ev sahibliyi etməyəcəyinə dair xəbər yayıb.


Teqlər:





Xəbər lenti