“ASAN xidmət” beynəlxalq konfransda təqdim olundu

“ASAN xidmət” beynəlxalq konfransda təqdim olundu
  30 Oktyabr 2015    Oxunub:4995
27-28 oktyabr tarixində Türkiyənin İstanbul şəhərində BMT-nin İnkişaf Proqramının Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosu və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birgə təşkilatçılığı ilə “İnkişaf üçün İnformasiya və kommunikasiya texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Ülvi Mehdiyev “ASAN xidmət” – Qabaqcıl e-hökumət konsepsiyası, qarşılıqlı əlaqə və dövlət xidmətlərinin göstərilməsi" mövzusunda çıxış edərək "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinə dair geniş məlumat verib. Təqdimat böyük maraqla qarşılanıb və aktiv sual-cavab formatında davam etdirilib.










Teqlər:





Xəbər lenti