Ramin Hacılı tapıldı və cavab verdi

Ramin Hacılı tapıldı və cavab verdi
  28 Oktyabr 2015    Oxunub:1904
“Mən heç bir yerə qaçmamışam. Noyabrın 2-si Bakıda olacağam”.
Bu açıqlamanı Ümid Partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı öz Facebook səhifəsində yayıb.

O, bildirib ki, ciddi problem səbəbindən Türkiyəyə yollanıb: "İki gün yolda oldum. Kiməsə xəbər edə bilmədim. Yaxşı oldu, dost və düşmən kəsilən bilindi. Kiməsə borcum yoxdur. İş görürəm və bu əsnəda alınmayan işlərə görə qaytaracaqlarım var və onlar da bir həftə gözləyəcək, gəlib həll edəcəyəm”.

R.Hacılı qaçması və kiməsə 18 min manat borclu olması barədə mətbuatda yayılan fikirlərə də münasibət bildirib: "Heç kimə borcum yoxdur. Qayıdan zaman məhkəməyə müraciət edəcəyəm və həqiqəti ortaya çıxaracağam. Fürsətçillik etməyin, adamın başına iş gələr. Gözləyin”.

AzVision.az


Teqlər:





Xəbər lenti