Aşura günü itən molla tapıldı

Aşura günü itən molla tapıldı
  27 Oktyabr 2015    Oxunub:2705
Salyan rayonunun Kürsəngi kəndinin Aşura günü yoxa çıxmış 52 yaşlı mollası Böyükağa Məmmədov dünən axşam saat 22 radələrində evlərinə qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə virtualaz.org saytının Şirvan bürosuna B.Məmmədovun yaxınları məlumat verib.

Onların sözlərinə görə, din xadimi evə dönməzdən 2 saat əvvəl iki gün ərzində bağlı olan mobil telefonundan qızına zəng vuraraq “narahat olmayın, evə qayıdıram” deyib.

Sonra B.Məmmədov özünə məxsus avtomaşınla evinə qayıdıb. Yaxınları onun başına gələnlər barədə söylədiklərinin təfərrüatlarını açıqlamaqdan imtina ediblər.

B.Məmmədov dünən axşam Salyan Rayon Polis Şöbəsinə çağırılıb və izahatı alınıb.


Teqlər:  





Xəbər lenti