Şeyxdən şiələrə xəbərdarlıq: Zəncir vurmayın

Şeyxdən şiələrə xəbərdarlıq: Zəncir vurmayın
  23 Oktyabr 2015    Oxunub:2678
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sabahki Aşura günü ilə bağlı dindarlara müraciət edib.
QMİ-dən AzVision.az-a verilən məlumata görə, Aşura günü nizam-intizamın təmin edilməsi üçün lazımı addımlar atılacaq.

“Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli,qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir”-deyə qeyd edilib.

Qeyd edək ki, QMİ rəhbəri Allahşükür Paşazadə də çıxışlarında Aşura günü cənzir vurmağın əleyhinə olduğunu bəyan edib.

“Yəni zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmaq olmaz. Çünki bu bizim şəriətə uyğun deyil”

A.Paşazadə Azərbaycan xalqını Aşura günü keçiriləcək qanvermə aksiyasında qan verməyə dəvət edib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti