Razi Nurullayev AXCP-nin sədri seçildi - FOTOLAR, VİDEO

  18 Oktyabr 2015    Oxunub : 11290
Razi Nurullayev AXCP-nin sədri seçildi - FOTOLAR, VİDEO
Bu gün Səttar Bəhlulzadə adına mədəniyyət sarayında AXCP Etimad Qurultayı keçilir.

AzVision.az xəbər verir ki, AXCP EQTK-nın sədri Razi Nurullayev qurultayı açıq elan edib. Himn səsləndikdən sonra Əbülfəz Elçibəy və vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayda ümumilikdə 1200 nəfər iştirak edib, onlardan 212-si mandat sahibidir.

EQTK sədrinin təklifi ilə 3 nəfərdən ibarət müvəqqəti say və 3 nəfərdən ibarət mandat komissiyası seçilib. Redaksiya heyətinə keçirilən seçkilərdə 2 nəfərə etimad göstərilib. Sədarətə keçirilən səsvermədə 3 nəfərə səs verilib ki, bunlar da Razi Nurullayev, Rafiq Daşdəmirli və Rəfail Becanov seçilib.

Gündəliyə əsasən qurultay AXCP EQTK sədrinin məruzəsi ilə başlayıb.

***

AXCP Nizamnaməsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən AXCP sədri yalnız bu posta iki dəfə seçilə biləcək. 208 nəfər qərarın lehinə, 2 nəfər əleyhinə səs verib, 2 nəfər isə bitərəf qalıb.

Razi Nurullayev bu qərarı tarixi qərar hesab edib.

***

Hazırda AXCP sədri uğrunda Razi Nurullayev, Səbuhi Eliyev, Mehman Muradlı mübarizə aparır.

Səsvermə gizli keçirilir.



***

AXCP-nin bu gün keçirilən Etimad Qurultayında səsvermənin nəticələrinə görə Razi Nurullayev 165 səslə partiyanın sədri seçilib. 209 nəfər səsvermədə iştirak edib. 9 bülleten etibarsız hesab olunub. Sədrliyə digər namizədlər - Mehman Muradlı 24, Səbuhi Məmmədov isə 17 nəfərin səsini alıb.

Qeyd edək ki, qurultayda Gürcüstanın “İberiya” tv kanalının prodüsseri Tina Şavadze, Gürcüstanın keçmiş prezidentinin siyasi məsələlər üzrə köməkçisi Giorgi Kuçava və Azərbaycandakı səfirlik nümayəndələri də iştirak ediblər.





















Elvin Abdulqədirov
Fotolar: Elvin Abdulla

AzVision.az

Teqlər: