`Neftçi`nin də işi `ASAN`laşdı - FOTOLAR

`Neftçi`nin də işi `ASAN`laşdı - FOTOLAR
  17 Oktyabr 2015    Oxunub:3515
`Neftçi` futbol klubu ilə `Asan xidmət` arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni `Neftçi`inin icraçı direktoru Elnur Məmmədov və Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev imzalayıblar.

Müqaviləyə görə `Neftçi`nin yeni titul sponsoru olacaq `Asan xidmət` klubun bir çox layihələrinə, eləcə də üzvlük kartı layihəsinə böyük dəstək vermiş olacaq.

`Neftçi` isə öz növbəsində yeni titul sponsorunun adını təbliğ edəcək.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təmsil etdiyi qurumun artıq bir brend kimi özünü tanıtdığını bildirib: `Əsas məqsəd vətəndaşlara yüksək səviyyədə xidmət göstərməkdir. Burada 10 dövlət orqanı tərəfindən 280-dən çox xidmət göstərilir. Təsadüfi deyil ki, bu il BMT tərəfindən xüsusi mükafata layiq görülüb. Ölkəmizdə idmanın inkişafına da öz dəstəyimizi vermək istəyirik. Ümid edirik ki, Neftçi ilə əməkdaşlığımız buna öz töhfəsini verəcək və Neftçi Asan xidmətin loqosu ilə böyük uğurlar qazanacaq`.

`Neftçi` klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev isə Azərbaycanda ən uğurla fəaliyyət göstərən qurumlardan birinin `Asan xidmət` olduğunu qeyd edib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti