“Yaxşı şərab kimiyəm...” – İbrahimoviç

“Yaxşı şərab kimiyəm...” – İbrahimoviç
  17 Oktyabr 2015    Oxunub:2031
Fransanın “Pari Sen-Jermen” klubunun tarixində ən yaxşı bombardiri olan Zlatan İbrahimoviç öz futbolçu karyerasını davam elətdirmək niyyətindədir.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Hesab edirəm ki, yaşımın artmasına baxmayaraq, mən oyundan-oyuna bacarıqlarımı daha da artıram. Mən hələ də futboldayam, öz işimi görürəm. Bundan əlavə, mən hər oyunu bunu daha da yaxşı edirəm. Mən yaxşı şərab kimiyəm. İllər keçdikcə daha da yaxşı oluram. Mən zəiflədiyimi hiss etmirəm. Əksinə, psixoloji baxımdan daha da güclü oldum. Mən hələ də qələbələrə acam və bu mənə qarşıma qoyduğum hədəflərə çatmağa imkan verəcək”, - deyə İbrahimoviç vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti