Şeyx axundları cəzalandıracaq

Şeyx axundları cəzalandıracaq
  13 Oktyabr 2015    Oxunub:2189
"Təqvim mollalıq işi deyil, bu elmi məsələdir".
AzVision.az xəbər verir ki, bunu bu gun Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki, təqvimlə bağlı fətva verilməzdən öncə tarix Şamaxı rəsədxanasının məsul şəxsləri ilə məsləhətləşdirilib: "Bölgələrdə məhərrəmlik ayının başlanması ilə bağlı çaşqınlıq və mübahisəli fikirlər yaradan axundlar cəzalandırılacaq".

“Azərbaycan dindarları öz vətəndaşlıq borclarını yerinə yetirərək Milli Məclisə seçkilərdə fəal iştirak etməli, bəyəndikləri namizədə səs verməlidirlər”-deyən Şeyx bildirib ki, vacib ictimai-siyasi hadisə olan parlament seçkiləri həssas məqamdır: “Kim kimə səs verir, özü bilər. Amma hamını bu seçkidə fəal olmağa çağırıram. Hamıya bəllidir ki, belə seçkilər ərəfəsi həssas günlər yaşanır. Mən indi adlarını çəkmirəm, özləri biləcək, bəzi məscidlərin axund və imamlarına bildirmək istəyirəm ki, oranın minbərindən kimlərsə siyasi məqsədlər üçün istifadə etsə, cəzalandırılacaq. Bəzən görürsən ki, kimsə hansısa məsciddə kimlərsə tərəfindən imam kimi minbərə çıxardılaraq danışdırılır. Ora təyin olunan axund və imam bu məsələlərə görə birbaşa cavabdehdirlər və diqqətli olmalıdır”.

A. Paşazadə məscidlərin axund və imamlarına, ruhanilərə xitabən bildirib ki, yalnız daxili vəhdəti qorumaqla, milli-mənəvi birliyi daha da möhkəmləndirməklə, vətənin maraq və mənafelərinə sadiq olmaqla bu bəlalardan qorunmaq mümkündür:

“Məlumatlar daxil olur ki, yerlərdəki bəzi məscidlərə dəstə-dəstə bəzi adamlar gəlir. Kimsə hansısa fikirlərin daşıyıcılarını din adı altında başına toplayıb, yaxınlıqdakı məscidə gedir. Əvvəl görmüşdük ki, adam tək-tək məscidə gələr, indi topa-topa gəlirlər. Bizim oradakı axund və imamların bəziləri də onlar qarşısında qorxaqlıq nümayiş etdirərək səslərini çıxarmırlar. Sən nədən qorxursan axı? Qorxursansa, deməli sən ruhani deyilsən! Sənin arxanda Allah var, Azərbaycan dövləti var. Sən onlardan qorxmaqla dövlətinə, dininə xəyanət etmiş olursan”.




Teqlər:  





Xəbər lenti