Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək bildirib ki, könüllülərimizin istəyini nəzərə alaraq 2-ci dəfə həyata keçirilən Layihənin əsas məqsədi gənclərin fərdi inkişafına təkan verib onlara gələcək karyeralarına ilkin addım atmaqda yardım etməkdir. Bunun nəticəsi olaraq layihə artıq ikinci dəfə məzunlarını yola salır.
Layihə təlimçiləri və iştirakçıları da çıxış edərək layihəylə bağlı öz təəssüratlarını bölüşüblər. Daha sonra layihə ilə bağlı hazırlanmış video sujet qonaqlara təqdim olunub.
Tədbirin sonunda Akademiyanın məzunlarına diplomlar təqdim olunub.
Qeyd edək ki, ümumilikdə 2 ay davam edən layihə zamanı iştirakçılara iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik, layihələrin yazılması və təqdimatı haqqında təlimlər keçirilib. Layihəyə müraciət etmiş 546 gəncdən 184-ü müsahibəyə qatılmış və onlardan 30 nəfər müsahibəni uğurla başa vuraraq təlimlərə qoşulma haqqı qazanmışdır.