G4 ölkələri ortaya iddia qoyur

G4 ölkələri ortaya iddia qoyur
  09 Oktyabr 2015    Oxunub:2075
Bu yaxınlarda baş tutan BMT-nin 70 illik zirvə görüşündə Almaniya kansleri Angela Merkel Birləşmiş Millətlər Təşkilatının Daimi Təhlükəsizlik Şurasının üzvlük sayında islahatın aparılmasının vacib olduğunu diqqətə çatdırmışdı.

Merkel bildirmişdi ki, hazırda dünyada cərəyan edən terror, devrilən rejimlər, təbii fəlakətlər və miqrant böhranı kimi məsələləri həll etmək üçün mütləq BMT-nin daimi təhlükəsizlik şurasında islahatın aparılması labüddür. O, əlavə edib ki, Almaniyanın hazırda üzv olduğu təhlükəsizlik şurasının qeyri-daimi birliyi bu cür problemlərin həllində legitim səlahiyyətə sahib deyil.

G4 ölkələrinin başçıları (Brazilya, Almaniya, Yaponiya, Hindistan) Nyu-Yorkda görüşərkən Angela Merkel qeyd edib ki, “Təkcə biz yox, eləcə də digər ölkələr daimi təhlükəsizlik şurasına üzvlük məsələsində dəyişikliyin aparılmasını istəyirik. Xeyli müddətdir ki, “G4 ölkələri” bu yöndə dəyişikliyin baş tutacağını gözləməkdədir.

Müzakirə zamanı G 4 ölkə rəhbərləri bildiriblər ki, 2005-ci ildə TŞ-nin tərkibində islahatların vaxtı yetişib. Almaniya 2011 və 2012-ci illərdə təhlükəsizlik şurasına sədrlik edib. Növbəti dəfə yenidən sədrlik səlahiyyətinə 2019-cu ildə sahib olacaq.

Bəs, “G 4 ölkələri”nin BMT-nin təhlükəsizlik şurasının daimi üzvü ola bilməmələrinin səbəbi nədir ?

Çin, ABŞ və Rusiya G4 ölkələrinin üzvülük müraciətinə veto qoyurlar. Bəzi başqa ölkələr də G4-lərin BMT-nin daimi təhlükəsizlik şurasına üzvlük istəyinə müsbət yanaşmırlar. Əsasən regional güc faktorunun artmasından ehtiyat edirək, İtaliya Almaniyaya, Çin Yaponiyaya, Argentina isə Brazilyaya qarşı əks mövqe sərgiləyir.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti