Sabah 6 rayonda qaz olmayacaq

Sabah 6 rayonda qaz olmayacaq
  07 Oktyabr 2015    Oxunub:1958
Azərbaycanın altı rayonunun qaz təchizatı məhdudlaşdırılır.
Oktyabrın 7-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Muğan”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba” və “Xaçmaz”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan Femida.az-a verilən məlumata görə, təmir müddətində Hacıqabul rayonunun Muğan və Udulu, eyni zamanda Daşkəsən rayonunun Xoşbulaq kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Yasamal və Səbail rayonlarının, eləcə də Quba və Xaçmaz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Teqlər:





Xəbər lenti