Avropa dəyərləri əvvəlcə ailələri, sonra dövlətləri dağıdır

Avropa dəyərləri əvvəlcə ailələri, sonra dövlətləri dağıdır
  02 Oktyabr 2015    Oxunub:2516
Aida Eyvazova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

1995-ci ilin yanvar ayının 1-də Azərbaycan ATƏT-ə üzv olanda, vətəndaşlarımız da sevinmişdilər. Ən azı avropalıların bizə gün ağlayacağına, qanunlarımıza yuxarıdan nəzarət edici bir təşkilatın tərkibində olacağımızdan əmin idilər. Həm də ki, Azərbaycanla ATƏT arasında ümumi razılaşma sənədində - 1.Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 2.Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi; 3.Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı kimi bəndlərin yer alması da , doğma ocaqlarından uzaq düşən insanlarda bir ümid yaratmışdı.

Vətəndaşlarımız, hətta siyasətçilərimiz də belə hesab edirdilər ki, ATƏT torpaqlarımızın geri qaytarılmasında, haqq işimizdə bizə kömək edəcək, vətənindən, doğma yurdlarından didərgin düşən 1 milyondan artıq həmyerlimizin ocaqlarına qayıtmasında yardımçı olacaq.

Hər dəfə ATƏT-in və Avropanın Şuralarının, Assambleyalarının, dünyanın bütün Beynəlxalq Təşkilatlarının iclaslarında sübutlarla, dəlillərlə çıxış edən nümayəndələrimiz, deutatlarımız , bəzən bizim haqqımızı tanıyan xarici ölkələrin rəsmiləri də , ictimai xadimlər də heç nəyə nail ola bilmirlər. Çünki Dünyada Xaç Yürüşü deyilən bir hərəkat yeni bir şövqlə iri addımlarla irəliləməkdədir.

2009-cu ildə Qazaxıstan Senatının sədri olan Kasımcömərd Tokayevlə Azərbaycan Televiziyası üçün aldığım müsahibəmdə, dünyaca məşhur yazıçı Oljas Süleymenovla olan söhbətlərimizdə torpaqlarımızın bizə qaytarılması üçün rəsmi Qazaxıstanın da bacardığı qədər imkanlarını həqiqətlərimiz naminə istifadə edəcəklərinə söz vermişdilər. 2010-cu ildə Türk dövlətləri içərisində ilk dəfə olaraq Qazaxıstan Respublikası ATƏT-ə sədrlik etdi. ATƏT-in baş ofisi əvvəlcə Kasımcomərd Tokayevin sədr olması barədə söhbətlər gəzsə də, sonra onu BMT-nin Cenevrədəki Baş Ofisində Tərksilah məsələləri üzrə Konfransın Baş katibi təyin etdi.

Əslində o zaman anlamaq lazım idi ki, deyəsən Kasımcömərd Tokayevin verdiyi bəyanatlar , Qarabağ münaqişəsinin bütün kartlarını dəqiq bilməsi, gözə görünməyən Xaç yürüşü sərkərdələrinin nəzərindən qaçmamışdı. Və nəticədə, onu İsveçə göndərərək, mənim kimi tutduğundan əl çəkməyən jurnalistlərin çoxsaylı suallarını cavablandırmaqdan uzaqlaşdırdılar. ATƏT Qazaxıstanda fəaliyyətə başlayanda isə sədr ölkənin xarici işlər naziri Kanat Saudabayev təyin olundu.

ATƏT Parlament Assambleyasının 17-ci illik sssessiyasında çıxış edən Qazaxıstan prezidenti, Türk dünyasının lideri Nursultan Nazarbayev dünyadakı davalar, müharibələr, mübahisələrlə dolu acınacaqlı beynəlxalq vəziyyəti şərh edərkən, sessiyaya yığılan rəsmilərdən və qeyri-rəsmilərdən problemlərin həlli, təhlükəsizliyin təminatının bərqərar olması üçün həlli mümkün məsələlərin tezləşdirilməsini təklif etdi. Həmin iclaslarda mənim üçün ən gərəkli və maraq kəsb ecdən Gürcüstan və Azərbaycandakı müharibə ocaqlarında həll olunmayan konfliktlərin təkrar gündəmə gətirilməsi idi. Çox maraqlıdır ki, ATƏT Parlament Assambleyasının qərar qəbul edən rəsmiləri və rəhbərləri , 2008-ci ildən başlayan Gürcüstan-Osetiya münaqişəsinin həlli üçün dəridən-qabıqdan çıxdıqları halda, 20 ildən artıq davam edən Qarabağ münaqişəsinin həllini yenə də danışıqlar prosesinə həvalə etdilər.

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin isə ən böyük problemi Eynulla Fətullayevin azadlığa qovuşması üçün keçirdiyi mətbuat konfransları idi. Azərbaycanının ATƏT PA-da təmsil olunan nümayəndə heyətini və dövlət rəsmilərindən başqa , ölkəmizin rastlaşdığı ədalətsizlik kimsəni narahat etmirdi. 2010-cu il dekabrın ayının əvvəlində Astanada ATƏT öz işinə yekun vurdu. Astana Sammiti tarixə düşdü. Həmin Sammitdə ATƏT-in Baş katibi Mark Perren Brişamboya bizim deputatlardan ibarət nümayəndə heyəti tərəfindən xeyli suallar ünvanladı. Və təbii ki, 1 il ərzində davam edən ATƏT-in iclaslarında mən Azərbaycan Televiziyasının rəsmi əməkldaşı kimi öz səlahiyyətlərimn daxilində, müxtəlif suallarla Qarabağ probleminin çözülməsinın həlli yollarına cavab axtardım. Bu çıxışlarım, mətbuat konfranslarında fəaliyyətim ATƏT-in video arxiivində mütləq qalıb. Mənim davamlı suallarımı isə Mark Perren Brişambo belə cavablandırdı: “Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ problemi ətrafında davam edən uzunmüddətli münaqişə sübut edir ki, bu çox çətin məsələdir, ATƏT bu problemin həllində vasitəçi kimi iştirak edir...”.

Və göründüyü kimi, 2010-cu ildə də ATƏT bizim xeyrimizə heç bir sənəd qəbul edə bilmədi. Qazaxıstanın görkəmli ictimai xadimi və dövlət rəsmidi Vladimir Şkolnik Astanada ATƏT-in sədirliyi dövründə qəbul edilən qərarlara belə rəy verdi: “Elə bil ki, hamı pryanik yeməyə gəlmişdi. Və pryaniki yedilər, dadindan danışmadılar. Çünki biz Qazaxıstan olaraq fikirləşirdik ki, dondurulmuş münaqişələr öz həllini tapacaq, Cənubi Qafqaz və Şərqi Avropada baş verən problemlərin qismən də olsa, həllinə nail olunacaq”.
Bu, bir dövlət rəsmisinin gəldiyi qənaət idi.

İndi şahidi olduğum ATƏT-in iclasları, orada baş verənləri xatırlayanda bir daha əmin oluram ki, əslindfə türk kökənli Kasımcömərd Tokayevin tez-tələsik İsveçə göndərilməsi elə-belə deyildi. Çünki zamanından qabaq, biz jurnalistllər ondan münasibət öyrənərkən Qarabağ problemlərinin hüquq çərçivəsində həllinə nail olacağını vəd etmişdi... Qarabağ probleminin həlli isə belə yəqin olur ki, Avropaya və onun adı bəlli təşkilatlarına heç lazım deyil. Yoxsa ki, yarandığı gündən tərkibində bir nəfər də olsa müsəlman, türk nümayəndə olmayan qrupların regionlara və bölgələrə gediş gəlişi üçün bəhanə olmaz. Hər halda, Qafqazda bu Minsk və digər qruplarının üzvləribi sözün əsil mənasında Qafqaz qonaqpərvərliyi ilə qarşılayırlar. Hətta Qafqaza gəlib gedəndə də, kababımızı yeyib, çağırımızı içsələr də erməni konyakını və “lavaşını” tərifləyirlər.

... Dünya çalxalanır, Avropa Birliyi, ATƏT və bu kimi digər Avropa qurumları, Amerika bu gün səpdikləri münaqişə toxumlarının məhsulunu yeyirlər. İndi Amerika və Avropanın çirkin siyasəti nəticəsində viran qalan müsəlman və ərəb ölkələrinin işsiz, evsiz-eşiksiz sakinləri, Avropaya üz tutublar. Bu isə yaxşı heç nə vəd etmir. Amerika, Böyük Britaniya və Avropa “Nüvə silahını” gizlədir deyib, Səddam Hüseyn kimi bir fatehi asanda, İraqı gözdən iraq günə salanda, Liviya kimi xoşbəxt bir ölkənin dünyanı ayağına gətirən prezidenti Qəddafini abırsız edib,hörmətdən salanda, ona yaraşmayan bir qədərlə öldürəndə bilməliydi ki, bir gün yolundan sapdırdıqları, elə yollarını azıb, gəlib ÖZÜNÜZÜ də həmin beşbətər günə qoyacaqlar.

Bu ötən 20 il ərzində bəlkə bir qaçqınımızın və köçkünümüzün halına yandınız, bəlkə, Xocalıda qətliam edilənlərin doğmalarının dərdinə şərik oldunuz?! Siz bunları gördüyünüz halda, özününzü görməməzliyə vurdunuz. Siz bizə dərdimizi iki etməyə gəlirsiniz. Azərbaycan kababını dadı damağınızdan gedən kimi, qayıdırsınız kabab keyfinə. Azərbaycanda əsasən siyasi məhbus axtarışınıza çixmaqla işinizi bitmiş hesab edirsiniz?! Axı XAÇ Yürüşünə qurban gedən o boyda ərazilərimiz, və o ərazilərin ocaqlarında gözü qalan vətəndaşlarımız var. Onların harayını nə zaman eşidəcəksiniz?

Ən yaxşı yol odur ki, Sizi Azərbaycandan təcrid edək! Bunun üçün birmənalı şəkildə Azərbaycan dövləti və hakimiyyəti ATƏT və Avropa Şurasından çıxmağı öz qarşısına məqsəd qoymalıdır. Avropa Azərbaycana özünün iyrənc dəyərlərindən başqa heş nə gətirmədi. Hədsiz demokratiya “dermo kratiyayaya” çevrildi, kişilər özlərindən imtina edib, transvistiə çevrildilər. Qadınlarımızın əksəriyyəti ərlərinin üzünə ağ oldular. Nəticədə boşanmalarımız çoxaldı, məktəblərimizdə təhsilin səviyyəsi aşağı düşdü. Avropa dəyərləri əvvəlcə ailələri, sonra dövlətləri dağıdır. Azərbaycanda gözü olanlar çoxdur, ən azı o gözləri bu torpaqdan çəkmək, onlara yerini göstərmək üçün real addımlar atmaq, iradə nümayiş etdirmək lazımdır!!!

Mən inanıram ki, bizim dövlətimizin bu iradəni göstərməyə iradəsi çatacaq!!!



Teqlər:  





Xəbər lenti