Deputatın həyat yoldaşının namizədliyi qeydə alınmadı

Deputatın həyat yoldaşının namizədliyi qeydə alınmadı
  02 Oktyabr 2015    Oxunub:5937
Millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmayıb.
Bu barədə AzVision.az-a T.Rüstəmxanlı özü məlumat verib.

Bildirib ki, namizədliyinin qeydə alınmamasına görə Mərkəzi Seçki Komissiyasına şikayət edəcək.

Qeyd edək ki, Tənzilə Rüstəmхanlı 42 saylı Sumqayıt İkinci Seçki Dairəsində namizədliyini irəli sürmüşdü. 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır.

M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verib .

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti