Deputatlardan AzVision.az-a özəl təbriklər

Deputatlardan AzVision.az-a özəl təbriklər
  01 Oktyabr 2015    Oxunub:12167
Bu gün Azərbaycanın xəbər məkanında özünü təsdiq edən və ciddi imici ilə seçilən AzVision.az saytının 3 yaşı tamam olur.

2012-ci ilin 1 oktyabrında “Azərbaycanlı Baxışı” şüarı ilə AzVision.az mediya bazarına qədəm qoyan AzVision.az-a Milli Məclisin deputatları da xüsusi təkliflərini bildiriblər.

Fəaliyyətlərini yaxından izlədiyimiz millət vəkillərinin AzVision.az haqda dedikləri:




Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, AzVision.az Azərbaycanda öz çəkisinə görə seçilən bir saytdır: “Bu səbəbdən də saytı daim izləyirəm. Ciddi informasiya almaq üçün etibarlı mənbədir. 3 yaşınız münasibəti ilə saytın rəhbərliyini, əməkdaşlarını, oxucularını təbrik edirəm.

* * *



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli AzVision.az saytının 3 yaşı tamam olması münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Bu gün AzVision.az saytının 3 yaşı tamam olur. Bu münasibətlə saytın rəhbərliyini və kollektivini təbrik edirəm. Sayt yarandığı qısa müddət ərzində özünə kifayət qədər ciddi oxucu kütləsi toplaya bilib. Xüsusən qeyd etmək lazımdır ki, 4 dildə oxuculara təqdim edilən bu informasiya portalı özünə nəinki ölkəmizdə, ölkəmizdən kənarda da geniş ciddi oxucu marağı cəlb edə bilib.

Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın dostları ölkəmizlə bağlı müsbət mövqelərini ifadə edərkən azvision.az saytına etibarlı mənbə kimi istinad edirlər. Azvision.az saytı və bu qrupa daxil olan infomasiya resurslarından ölkəmizin dostlarının bəhrələnməsi faktları da bizi çox sevindirir.

Məhz bunun nəticəsində AzVision.az saytı dövlətçiliyimizə töhfə verən digər informasiya resurslarımız sırasında etibarlılığına görə önəmli sıralarda durmağı bacarır.

Saytın 4 dildə fəaliyyəti və yaxın gələcəkdə daha çox dilləri əhatə edəcəyi isə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əvəzsiz bir resursdur. Sosial şəbəkələr, sosial media istiqamətində də azvision.az saytının xüsusi rolu vardır. Bu rol isə həm də sosial şəbəkələr və sosial media vasitəsi ilə ölkəmiz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Bütün bu işlərdə azvision.az saytının kollektivinə uğurlar arzu edirəm. Azvision.az saytını bir daha 3 yaşı münasibəti ilə təbrik edir, saytın rəhbərliyinə və kollektivinə uğurlar arzu edirəm.

***




Millət vəkili Azay Quliyev yazıb:

“Azvision.az saytının baş redaktoru Vusal Məmmədova

Qısa zaman kəsiyində Azvision.az yetərli populyarlıq qazanaraq öz oxucu auditoriyasını formalaşdırmağa nail olub. Ölkədə yüzlərlə informasiya portalı və qəzetin fəaliyyət göstərdiyi bir zamanda ciddi oxucu auditoriyası qazanmaq və onu hər gün genişləndirmək yüksək peşəkarlıq, obyektivlik, jurnalist etikasına hörmət və böyük zəhmət tələb edir. Verdiyiniz xəbər və məlumatların mötəbərliyi media aləmində Sizə olan inam və etimadı gücləndirir. Məhz bu özəlliklərə görə Azərbaycan internet mediasını bu gün Azvision-suz təsəvvür etmək çətindir.

Sizi və kollektivin bütün üzvlərini 3 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir, hamınıza can sağlığı və şərəfli peşənizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə, Sizin daimi oxucunuz Azay Quliyev”

***




Milli Məclisin vitse-spikeri Bahar Muradova 3 yaşı münasibətilə AzVision.az ailəsini təbrik edib.

Təbrikdə deyilir:

-Arzu edirəm ki, AzVision.az-ın səhifəsini açan bütün oxuyucular yalnız müsbət emosiya ilə oradan ayrılsınlar. Və yenidən AzVision.az-ı oxusunlar.

3 yaşınızın tamam olması münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanın media mühitində bu günə qədər əldə etdiyiniz nailiyyətlərin çərçivəsini, sırasını genişləndirəsiniz.

Hər zaman obyektiv və qərəzsiz olmağa çalışdığınız kimi, bundan sonra da bu istiqamətdə daha dəqiq, operativ məlumatlar və informasiyalarla oxuyucuları təmin edəsiniz.

Bu çox şərəfli və məsuliyyətli işdir. Bu işin məsuliyyətini dərk etmədən əlbəttə, nailiyyət əldə etmək mümkün deyil. Azərbaycanın ictimasi-siyasi həyatında gedən prosseslər, dünyada baş verən hadisələr, bizi narahat edən təhlükələrlə bağlı məlumatları operativ fomada oxuyuculara təqdim etdiyiniz üçün sizə bir daha təşəkkür edirəm.

Ad günü münasibəti ilə bütün AzVision.az-çıarı təbrik edirəm və əməkdaşlara uğurlar arzu edirəm.

***



Hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə saytımızı ad günü münasibəti ilə təbrik edərək arzularını belə ifadə edib:

AzVision.az saytını kiçik yubileyi münasibəti ilə təbrik edirəm. Bu sayt mənim gündəlik izlədiyim və ciddi məlumatlar aldığım mənbələrdən biridir. Saytın çox professional jurnalist kollektivi formalaşıb və onlar auditoriya ilə işləyə, məlumatı dəqiq və operativ çatdıra və günün ab-havasını çox düzgün tuta bilirlər. AzVision.az obyektivlik, reallıq, insanların məlumata olan ehtiyacının düzgün ödənilmsəi istiqamətində çox gözəl nəticələr əldə edib. Saytın böyük gələcəyi var. Sizi ürəkdən təbrik edirəm, uğurlar arzu edirəm. Gələcəkdə auditoriyanızın genişlənəcəyinə böyük inamım var”.



Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə AzVision.az-a “böyük oğlan” olmağı arzulayır.

“Yaşınız mübarək. “Böyük oğlan” olsun. Böyüyüb daha uca zirvələrə çatasınız. Azərbaycanın mətbuat arenasında sayılıb-seçilən saytlardan biri kimi hər zaman mövqeyinizi qoruyub saxlayasınız. Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Bunu bacarmanız üçün can sağlığı arzu edirəm. Kollektivə möhkəm mehribançılıq arzulayıram. Çünki, əməkdaşlar arasında mehribanlıq olanda həm də yüksək məhsuldarlıq, yaradıcılıq olur. AzVision.az qısa zaman kəsiyində bugünkü portal bolluğunda özünəməxsus yer tuta bilib.

Hazırda ən populyar saytlardan biridir. Bu çox yaxşı nailiyyətdir. Dostunuz olaraq bu məni çox sevindirir. Hər zaman əməkdaşlıq edirik və müxtəlif məsələlərlə bağlı fikirlərimizi bölüşürük. 3 il ərzində belə bir uğura imza atmısınızsa, əminəm ki, bu təmələ söykənərək daha ciddi hədəflərə çatacaqsınız”.



Deputat, politoloq Rasim Musabəyov da fəaliyyətimizi yüksək qiymətləndirib: “Təbrik edirəm. Tez-tez mənim “Facebook”dakı yazılarımı dərc edirsiz. Fəaliyyətinizdə uğurlar arzu edirəm. İzlədiyim saytlardan birincisidir”.



Millət vəkili Tahir Rzayev isə deyir ki, hansı kütləvi informasiya vasitəsi hadisəni reallığı ilə əks etdirisə, o daha doğmadır: “AzVision.az mənim üçün doğmadır və daim izləyirəm. 3 yaşınızı təbrik edirəm. Qarşıdakı illərdə daha çox oxucunun rəğbətini qazanasınız”.



Deputat Elman Məmmədov hesab edir ki, AzVision.az media bazarında liderlərdəndir.

AzVision.az əməkdaşlıq etdiyim xəbər saytıdır. Saytınız obyektiv informasiyanın yayılmasında liderlik edən kütləvi informasiya vasitələrindən biridir. Uğurlar arzulayıram. Mediamızın inkişaf etməsində böyük işlərin önündə gələsiniz”.


Milli Məclis üzvü Çingiz Qənizadə isə bildirib ki, AzVision.az-da dərc olunan informasiyalar operativ olmaqla bərabər, dəqiq və hər tərəflidir.

Millət vəkili hesab edir ki, saytda qarşı tərəfə öz fikirlərini bildirmək üçün hər zaman mövqe yaradılıb: “Sizin saytda yoxlanılmamış informasiyaların verilməsi halına demək olar ki, rast gəlməmişəm. AzVision.az-la məmnunluqla əməkdaşlıq edirəm. Hər bir anda mənə müraciət olunanda sualları cavablandırıram. Hesab edirəm ki, AzVision.az yaşı 10-15 olan saytlarla yanbayan gedən bir saytdır. Sizə uğurlar arzu edirəm. Təbrik edirəm”.



Millət vəkili Elmira Axundova da bizə uğurlar arzulayıb. Deputat hesab edir ki, AzVision.az daha çox öz orjinal informasiya mənbələri ilə seçilir.

“Sizin saytınızı mütəmadi olaraq izləyirəm. İşlərinizdə uğurlar arzu edirəm. İstəyərdim ki, dünyaya daha çox çıxa biləsiz. Saytınızın bir neçə dildə olmasını çox böyük hadisə hesab edirəm və təqdir edirəm. Sizə bundan sonra da böyük uğurlar arzu edirəm”.

Millət vəkili Zahid Oruc təbrik çıxışında vurğulayıb ki, AzVision.az Azərbaycanın xəbər məkanında kifayət qədər sıxlığın, müxtəlif xarakterli maraqların toqquşduğu bir dövrdə meydana gəlib.

Deputat qeyd edib ki, AzVision.az hazırda informasiya məkanında özünə böyük auditoriya qazanıb və xüsusi yer tutmağı bacarıb:

AzVision.az saytının kollektivinin əksəriyyəti gəncdir. Buna baxmayaraq kifayət qədər səriştə və bacarıq nümayiş etdiriblər. Xüsusilə də saytın kifayət qədər istedadlı, bacarıqlı baş redaktoru Vüsal Məmmədovun timsalında, eyni zamanda onun çevrəsində olan adamlar bu işi reallaşdırmağı bacarıblar. AzVision.az ümumilikdə dövlətin, milli həyatın ən müxtəlif sahələrinə baş vuraraq, həmçinin Azərbaycan idarəçiliyində yer alan şəxslərin həyatı ilə bağlı cəmiyyəti tanış etmək, dövlət-vətəndaş münasibətlərini müxtəlif aspektlərdən işıqlandırıb. Həmçinin beynəlxalq məkandan çox dolğun xəbərlər verir. AzVision.az-ın daha çox yubiley yaşlarını keçirməsini arzu edirik. Siz bunu bacaracaqsız. Əminəm ki, siz bir beyin mərkəzi, siyasi institut kimi fəaliyyət göstərə bilərsiz. Azərbaycan cəmiyyəti üçün əvəzəsiz və əhəmiyyətli bir işi aparırsız. Cəmiyyətdə sizə baxışlar kifayət qədər yüksəkdir və bu yolda sizə uğurlar arzu edirəm”.



Deputat Sahib Alıyev də təbriklərə qoşulub: “AzVision.az ilk saytdır ki, hazırda 4 dildə ( Azərbaycan, ingilis, rus, alman) oxumaq mümkündür. Eşitdiyimə görə yaxın zamanlarda fransız versiyası da olacaq. Yəqin kadr potensialı artıqca başqa dillərin daşıyıcıları, o sıradan ermənilər də Azərbaycan xəbərlərini AzVision.az-dan izləyəcək, dünyada baş verənlərə azərbaycanlı baxışıyla bu saytda tanış olacaqlar”.

Qeyd: AzVision.az saytı olaraq hörmətli millət vəkillərinə təbriklərə, xoş sözlərə görə təşəkkürümüzü bildiririk.




Millət vəkili Fuad Muradov da təbriklərə qoşulub: `Bu gün ölkəmizdə söz azadlığı və mətbuata dövlət dəstəyi yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə milli mətbuatın inkişafı günü-gündən güclənir. Son illərdə isə internet-media sahəsində kifayət qədər irəliləyiş var. Qısa müddət ərzində populyarlıq qazanan AzVision.az-ın kollektivini 3 yaşı münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram`

AzVision.az


Teqlər:  





Xəbər lenti