Faciəyə görə məsuliyyət daşımırıq - Səudiyyə rəhbərliyi

Faciəyə görə məsuliyyət daşımırıq - Səudiyyə rəhbərliyi
  27 Sentyabr 2015    Oxunub:5615
Səudiyyə Ərəbistanının ən yüksək rütbəli ruhanisi deyib ki, cümə axşamı günü 700-dən artıq zəvvarın ölümünə səbəb olmuş faciənin qarşısını almaq insan imkanları xaricində olub.
Şeyx Əbdüləziz bin Abdullah əl-Şeyx daxil işlər naziri şahzadə Məhəmməd bin Nayefin hadisəyə görə məsuliyyət daşımadığını deyib.

Səudiyyənin Baş Müftisinin bəyanatından əvvəl İranla yanaşı bir neçə ölkə Səudiyyə hakimiyyətini təhlükəsizlik tədbirlərinə görə tənqid edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası Səudiyyəni “səriştəsizlikdə” ittiham edib və ölümlə nəticələnmiş hadisəyə görə onlardan “cavabdehliyi üzərlərinə götürməyi” tələb edib.

Səudiyyə səhiyyə nazirliyi zəvvarları “təlimatlara əməl etməməkdə” günahlandırıb. Nigeriya isə bu iradı rədd edib.



Məkkə yaxınlığında çaxnaşma nəticəsində azı 717 nəfərin həyatını itirməsindən sonra, Səudiyyə kralı Salman Həcc ziyarətilə bağlı təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinə dair sərəncam verib. Minada iki milyon zəvvarın Həcc ziyarətinin sonuncu iri ayinində iştirak etdiyi zaman baş verən hadisədə daha 863 nəfər xəsarət alıb. Bu son 25 ildə Həcc ziyarəti zamanı baş vermiş ən ölümcül hadisədir.

Kral bildirib ki, zəvvarların "hərəkatının təşkili və idarə olunması səviyyəsinin təkmilləşdirilməsinə" ehtiyac var.

Həcc ziyarətinin tərkib hissəsi kimi, zəvvarlar Məkkədən Minaya təxminən 5 kilometr səyahət edərək şeytanı təmsil edən Cəmərat adlanan sütunlara yeddi daş atırlar. Qəza yerli vaxtla 09:00-da (06:00 GMT) baş verib.

Səudiyyə daxili işlər nazirliyinin sözçüsü Maj Gen Mansour al-Turki bildirib ki, zəvvarların iki böyük qrupunun eyni küçəyə müxtəlif istiqamətlərdən daxil olması zaman baş verib. (bbc)


Teqlər:  





Xəbər lenti