Azərbaycanlı toyda məşhur idmançını öldürüb

Azərbaycanlı toyda məşhur idmançını öldürüb
  22 Sentyabr 2015    Oxunub:3358
Rusiyada məşhur idmançı öldürülüb.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, idmançı Yan Klyuşin dostunun toyunda şahid imiş, o, altı dostu ilə bərabər sərxoş halda evə getmək üçün taksi çağırıb. Gecə saat 3-ə yaxın onların dalınca maşın gəlib. Amma sürücü yeddi sərxoş adama maşına əyləşməyə icazə verməyib.

Bəy cibindən travmatik tapança çıxarıb və sürücünü hədələyib. Azərbaycanlı Vəliyev soyadlı sürücü də öz növbəsində qardaşını çağırıb. Sürücünün qardaşı isə Makarov tapançası ilə gəlib.

Əsəbiləşən qardaşlar oğlanlara atəş açıblar.

Güllələrdən biri Yan Klyuşinin boğazına dəyib, aldığı yaradan o, yerindəcə keçinib. Daha beş oğlan əl və ayaq nahiyələrindən yaralanıblar. Yanın dostları Samvel Yegiazaryan, İqor Oparin, Nikolay Oparin xəstəxanadadırlar.

Qeyd edək ki, Yan Klyuşin MMA və Mix Fight döyüşlərində dəfələrlə çempion olub. O, “İmperiya” klubunda məktəblilərin məşqçisi idi.

“Çox istedadlı oğlan idi. Müxtəlif səviyyəli yarışlarda dəfələrlə qalib olub. Onun gözəl gələcəyi var idi. O, qüvvəsinin qiymətini bilirdi və heç bir zaman onu elə belə tətbiq etməzdi.

Davada cavab verə bilərdi, amma görünür ki, birinci ən güclünü və ən təhlükəlini vurublar”, - Yanın “İmperiya” klubundakı həmkarları bildiriblər.


Teqlər:  





Xəbər lenti