Nümayəndə heyətimiz l Xəzər media forumuna qatılıb

Nümayəndə heyətimiz l Xəzər media forumuna qatılıb
  17 Sentyabr 2015    Oxunub:1825
Xəbər verdiyimiz kimi, sentyabrın 17-18-də Həştərxanda I Xəzər media forumu keçiriləcək.
Forumda beş xəzəryanı ölkə - Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran iştirak edəcək. Azərbaycan nümayəndə heyəti forumda 12 nəfərlə təmsil olunur. Heyətin tərkibinə KİV nümayəndələri, AR Prezident Aparatının əməkdaşları, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları, İqtisadiyyat və Sənaye Nazirliklərinin və Bakı şəhər Nərimanov rayonunun nümayəndələri daxildir.

AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, nümayəndə heyəti səfərin ilk günündə şəhərlə tanış olublar; Həştərxan Kremli, diyarşünaslıq muzeyinə ziyarət ediblər, həmçinin gəmi ilə Volqada gəziblər.

Azərbaycan nümayəndə heyətinin Həştərxanda keçən ilk günündə ən vacib məqam birgə layihələrin həyata keçirilməsi sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsinə həsr olunan dəyirmi masa olub. Tədbir Həştərxan şəhər adminstrasiyasının binasında nümayəndə heyətimizin, adminstrasiya nümayəndələrinin, Azərbaycan icmasının yerli liderləri və bizim bu şəhərdə təhsil alan və işləyən gənc soydaşlarımızın iştirakı ilə baş tutub.

Tədbiri açan Həştərxan şəhər adminstrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Andrey Nikolski I Xəzər forumunun və forum çərçivəsində bu tədbirin vacibliyini qeyd edib. O, şəhər və vilayət rəhbərləri, eləcə də azərbaycanlıların yerli orqanları – Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölməsi, “Azərbaycan” milli-mədəni cəmiyyətinin regional təşkilatı və Rusiyanın Azərbaycan Gənclər Təşkilatı (AMOR) arasında səmimi münasibətdən bəhs edib.

“Biz bir çox tədbirləri bu təşkilatlarla birgə həyata keçiririk, xalqlarımızın və dövlətlərimizin rifahı naminə xidmət edən möhkəm əlaqələrdən və səmərəli əməkdaşlıqdan çox razıyıq”, -deyə A. Nikolski bildirib.

Daha sonra çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədr müavin , Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynov Həştərxan torpağında qonaqları və həmvətənlərini salamlayıb: “Bu sahədə tək çalışmadığıma görə hər üç təşkilatın – ÜAK, “Azərbaycan” və AMOR adından danışmaq istəyirəm. Biz bütün tədbirləri birgə hazırlayırıq. Məlum olduğu kimi, Həştərxan vilayəti və Azərbaycan Respublikasını sıx dostluq əlaqələri birləşdirir. Mən həmişə deyirəm ki, Rusiya-Azərbaycan dostluğu Həştərxandan başlayır.
Rusiyanın digər regionları ilə müqayisədə məhz biz Azərbaycanla əlaqələrin möhkəmlənməsi istiqamətində daha çox tədbirlər keçiririk. Bizim fəaliyyətimizə Heydər Əliyev Fondu böyük kömək göstərir. Fürsətdən istifadə edərək, Həştərxan Vilayətinə böyük hörmətlə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Prezident İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin arasında mehriban dostluq əlaqələri yaranıb. Yeri gəlmişkən, qeyd etməliyəm ki, Rusiya qubernatorları arasında Aleksandr Jilkin ilk olaraq Azərbaycan Respublikasının yüksək mükafatı olan “Dostluq” ordeninə layiq görülüb.

Abdin Fərzəliyevin simasında Bakı şəhəri Nərimanov rayonunun İcra Hakimiyyəti Həştərxan vilayəti üçün çox iş görüb. O artıq ümumiyyətlə həştərxanlı olub, onu burada hər kəs sevir və hörmət edir.

Azərbaycan bu şəhərdə çox iş görüb. Əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şərəfinə abidə ucaldılıb, yaxınlıqda park salınıb, Volqa üzərindən piyada körpüsü, uşaq şəhərciyi inşa edilib, knyaz Vladimirin şərəfinə abidə ucaldılıb və park salınıb, Heydər Əliyev adına 11 nömrəli məktəb, uşaq baxçası tikilib, həmçinin Nərimanov şəhərində park salınıb.

Biz - üç ictimai təşkilat mütəmadi olaraq simpoziumlar, dəyirmi masalar, müvəqqəti olaraq Həştərxanda olan miqrant-soydaşlarımızla görüşlər həyata keçiririk. Bir çox soydaşlarımız Həştərxan vilayətinin kənd yerlərində yaşayırlar, lakin biz onları unutmuruq. Bu yaxınlarda mən vilayətin kənd təsərrüfatı naziri ilə görüşdüm. Biz çox sayda etnik azərbaycanlının yaşadığı kəndlərdən birinə getdik. Onlarla görüş keçirdik. Nazir şəxsən onların problemlərini dinlədi və yerindəcə həll etdi. Müvafiq təcrübəni biz mütəmadi olaraq və artıq uzun müddətdir ki həyata keçiririk.

Biz digər dövlət strukturları ilə də sıx əməkdaşlıq edirik və bizim bu münasibətdə heç bir problemimiz yoxdur. Biz azərbaycanlılar Həştərxan torpağında özümüzü doğma Azərbaycanımızdakı kimi hiss edirik, heç bir problem yaşamırıq. Qeyd etməliyəm ki, Həştərxan vilayətində yaşayan soydaşlarımız çox qanuna tabe olan vətəndaşlardırlar. Biz tolerantlığımız, mədəniyyət və dostluğumuzla fərqlənirik. Bunu hakimiyyət nümayəndələri də daxil olmaqla həştərxanlılar özləri də qeyd edirlər”.

Daha sonra “Azərbaycan” milli-mədəni cəmiyyətinin Həştərxan regional təşkilatının sədri Vahid Rəhimov çıxış edib.

O qeyd edib ki, Həştərxan vilayətində ən fəal ictimai qurumlar məhz üç Azərbaycan ictimai təşkilatlarıdır. Bu, yerli hakimiyyət orqanları və sakinlər tərəfindən də etiraf edilir.

Onun ardınca çıxış edən AR Prezident Aparatının ictimai-siyasi şöbəsinin böyük məsləhətçisi Nəsimi Məmmədov Azərbaycan nümayəndə heyətini səmimi qarşıladığına görə şəhər rəhbərliyinə təşəkkürünü bildirib və əlaqələrin möhkəmləndirilməsindən, nəzərdə tutulan işlərdən danışıb .


Teqlər:  





Xəbər lenti