Qadını döyüb pulunu və sırğasını aldılar

Qadını döyüb pulunu və sırğasını aldılar
  17 Sentyabr 2015    Oxunub:1724
Bakıda gecə vaxtı qadını döyüb talayıblar.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) AzVision.az - a verilən məlumata görə, sentyabrın 15-də saat 02:50 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İlhamə Xəlilovanı döyərək içərisində 120 manat pul, 1 cüt sırğa, mobil telefon və sənədləri olan əl çantası soyğunçuluq yolu ilə talanıb.

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Əliyev tutulub.


Teqlər:





Xəbər lenti