İqtidarın bitərəf rəqibləri – Kim kimə qarşı?

İqtidarın bitərəf rəqibləri – Kim kimə qarşı?
  16 Sentyabr 2015    Oxunub:6482
YAP namizəd siyahısını açıqladıqdan sonra ölkənin siyasi gündəmi parlament seçkilərinə köklənib. İqtidarın siyahısını gözləyən birtərəf deputatlardan bəziləri artıq seçimlərini ediblər.

Kimlər yenidən deputat mandatı almaq istəyir? Onların YAP-çı rəqibləri kimlərdir?

Milli Məclisin bitərəf deputatı Adil Əliyev AzVision.az-a açıqlamasında seçkiyə qatılacağını bəyan edib. O, növbəti dəfə namizədlini 20 saylı Nərimanov ikinci seçki dairəsindən verəcəyini bildirib.

A.Əliyev YAP-dan olan namizəd Əsədov İbrahim Namizəd oğluna qarşı mübarizə aparacaq.

Millət vəkili Rüfət Quliyevin yenidən hansı dairədən namizədliyini verəcəyi məlum olub. Deputat yenidən 73 saylı Lənkəran şəhər seçki dairəsindən namizədliyini irəli sürəcək.

Hazırki millət vəkilinin 73 saylı Lənkəran şəhər seçki dairəsinən YAP-dan olan rəqibi Ağayev Mənsur Rəsul oğludur.

Son günlər özü və ailəsi haqqında ilginc məlumatlar yayılan Elton Məmmədovun seçkidə namizəd olub-olmaması müəmmalıdır.

E. Məmmədov hələ namizədliyini irəli sürmək barədə qərar qəbul etməyib.

Millət vəkili Rasim Musabəyov növbəti seçkilərə qatılmaq fikrindədir. O, 18 saylı Nərimanov - Nizami seçki dairəsində mübarizə aparacaq.

18 saylı Nərimanov-Nizami seçki dairəsində iqtidarı İsmayılov İsmayıl Mübariz oğlu təmsil edəcək.

Bitərəf deputat Vahid Əhmədov seçildiyi 52 saylı Quba seçki dairəsindən yenidən namizədliyini irəli sürəcək.

Onun YAP-çı rəqibi Həsənova Afət Əbil qızıdır.

Milli Məclisin 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatı olan Musa Qasımlı da yenidən namizədliyini irəli sürəcəyini bildirib.

Onu Mirkişili Tahir Famil oğlu ilə gərgin mübarizə gözləyir.

Millət vəkili Rövşən Rzayev yenidən namizədliyini irəli sürmək niyyətindədir.

Ülvi Quliyev də növbəti 5 ildə parlamentdə təmsil olunmaq istəyir. Deputat 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib.

O, deputat olmaq üçün YAP-ın xanım namizədi Əhmədova Lalə Kərim qızı ilə mübarizə aparmalı olacaq.

Deputat Madər Musayev bildirib ki, hazırda təmsil olunduğu 10 saylı Binəqədi üçüncü seçki dairəsindən yenidən deputat olmaq istəyir. “Artıq namizədliyimi vermişəm. İnşallah görək necə olacaq”-deyə millət vəkili bildirib.

YAP-ı bu dairədə Həsənova Samirə Yaşar qızı təmsil edəcək.

Deputat Flora Qasımova yenidən hansı dairədən namizədliyini verəcəyi məlum olub. Xanım millət vəkili saytımıza bildirib ki, namizədliyini hazırda millət vəkili olduğu 122 saylı Xankəndi seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, bu seçki dairəsində YAP-ın namizədi yoxdur.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti