Bakıda 57 yaşlı “zek” tutuldu

Bakıda 57 yaşlı “zek” tutuldu
  15 Sentyabr 2015    Oxunub:1706
Bakıda ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) AzVision.az-a verilən məlumata görə, Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub.

Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.


Teqlər:  





Xəbər lenti