Xaos virusundan siyasi dustaq düzəldənlər

Xaos virusundan siyasi dustaq düzəldənlər
  11 Sentyabr 2015    Oxunub:4315
Sahib Alıyev
Millət vəkili, Telejurnalist

Bəziləri bu fikirdədirlər ki, Avropa Parlamentinin Azərbaycanla bağlı dünənki qətnaməsi, ümumiyyətlə, Qərbdəki bəlli çevrələrin səsləndirdikləri tənqidlər oradakıların `siyası məhbus` kimi qələmə verdikləri adamların tutulmasına görədir. Onlar açılıb buraxılsalar susar, bizə qarşı qərəzli ittihamlar səsləndirməzlər. Nə qədər yanılış bir yanaşmadır.

Azərbaycana edilən basqılarının arxasında Leyla Yunus və ona bənzərlərin tutulması yox, rəsmi Bakının milli maraqlara dayanan siyasət yeritməsi durur. Bəli, qərbdəkilər ölkəmizi tənqid edərəkən məhz siyasi dustaq adlandırdıqlarının, daha dəqiqi isə onların arasındakı 3-5 nəfərin adlarını çəkirlər. Amma ona görə yox ki, həmin adamları həqiqətən də suçsuz sayır, bir insan olaraq onlara canları yanır. Əgər elə canıyanan olsa idilər, Yaxın Şərqi odlara qalamaz, oradakı xaosdan qurtulub qaçanların isə başlarına it oyunu açmazdılar.

`İt oyunu` sözü deyəsən yerinə düşmədi. Çünki hazırda Avropada Yaxın Şərqdən qaçanlarla davrandıqları kimi itlə davransa idilər, minlərlərə adam ayağa qalxar, mediada heyvan haqları ilə bağlı son zamanlar ard-arda qəbul edilən qanunlar xatırladılar və bu vəhşiliyi pisləyərdilər. İndi isə ya razılıqla qarşılayır, ya da susurlar.

Düzdür, qaçqınlarla bağlı Avropada yaranmış vəziiyəti tənqid edənlər də var. Ancaq həmin tənqidlər qaçqınları bu günə salanalar, vəhşicəsinə davranalardansa onların özlərinə qarşı yönəlib.
Açıqca deyilir ki, niyə xarabazarlığa çevirdiyimiz ölkənizdə digər soydaşlarınız kimi haçan sizin də öldürüləcəyinizi gözləməyib bura üz tutursunuz?

Bunu ona görə xatırladıram ki, qərbdəki bəlli çevrələr üçün Yunusla Yaxın Şərqdəki xaosdan qaçıb Avropaya sığınmaq istəyən, ancaq bu zaman təhqir və məhrumiyyətlərlə üzləşən Əl-Yunus arasında elə də fərq yoxdur. Birinci Yunus ikincidən ona görə onlara əzizdir ki, məhz belələrinə dayanıb Azərbaycanı da Yaxın Şərqdəki bəzi ölkələrinin gününə salmaq istəyirlər. Onlar üçün Leyla Yunus və ona bənzərlər insan deyil, xaos "probirkası" güzündə gördükləri partiya və QHT-lərdəki xaos virusu kimi əhəmiyyətlidirlər. Fikirləşirlər ki, belə viruslar nə qədər çox olsa və nə qədər nəzarətsiz buraxılsalar, ölkəmizlə bağlı istəklərini bir o qədər uğurla reallaşdıra bilərlər.

Elələrini ona görə siyasi məhbus adlandırırlar ki, onlar islamafob çevrələrin, "ən yaxşı müsəlman ölmüş müsəlmandır" deyənlərin, erməni diasporunun, bizimlə ancaq özlərinə sərf edən yeni kontraktlar bağlamağa çalışan və "yox" cavabı alan trnasmilli şirkətlərin tapşırıqlarını yerinə yetiriblər. Bilərəkdən, yaxud da bilməyərəkdən. Həmin adamların azadlığa buraxılmalarının istənilməsinin arxasında da onların azad olunmaları niyyətindən daha çox "Azərbaycan biz deyən və biz istəyən kimi hərəkət etməlidir" tələbi dayanır.

Bir sözlə, qərbdəki bəlli çevrələrin Azərbaycanı ona görə gözü götürmür ki,

1) neftdən gələn gəlirlər onların istədiyi kimi yox, ölkə və ordu quruculuğuna yönəldilib,

2) Rəsmi Bakı qərbdəkilərin geosiyasi maralaqları reallaşsın deyə, Dağlıq Qarabağ məsələsində onların umduqları güzəştlərə getmək istəmir, hansı yolla olursa- olsun torpaqları geri qaytarmağa çalışır və Türkiyə-Ermənistan sərhədlərinin açılmasında sonadək dirəniş göstərib,

3) BP və digər transmilli şirkətlərin yeni kontraktlarla bağlı, ancaq onların maraqlarına xidmət edən təklifləri rədd olunub,

4) Qərbin ayrı-ayrı dövlətlərə, məsələn Rusiyaya qarşı yeritdiyi siyasəti milli maraqlar prizmasından qiymətləndirir və buna da uyğun hərəkət edilir,

5) Nəhayət, bizim etdiyimiz və etməyə çalışdıqlarımız onların müsəlman ölkəsi haqqındakı doqmaları ilə üst-üstə düşmür.



Teqlər:  





Xəbər lenti