Habil Əliyev dəfn olundu

Habil Əliyev dəfn olundu
  09 Sentyabr 2015    Oxunub:4374
Azərbaycanın Xalq artisti Habil Əliyev I Fəxri Xiyabanda dəfn olunub.
Dəfndən öncə sənətkarla Azərbaycan Dövlət Filarmoniyasında vida mərasimi keçirilib.

Mərasimi mədəniyyət və turizim naziri Əbülfəz Qarayev açıb. Daha sonra Xalq artistinin sənət dostları onunla bağlı xatirələrini danışıblar.

Arif Babayev, Canaəli Əkbərov və Firəngiz Əlizadə Habil Əliyev haqqında xatirələrini bölüşüblər.

Mərasimdə baş nazirin müavini, xalq yazıçısı, baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Habil Əliyev səhhətində yaranan problemlərlə əlaqədar uzun müddət idi müalicə olunurdu. Bu il avqustun 15-də isə o, ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra evə buraxılmış və stasionar müalicə müddətində komaya düşmüşdü.

Kaman ustası ötən gün 88 yaşında dünyasını dəyişib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti