Ermənilər nəyin məşqini edir? – Sahib Alıyevin cavabı

Ermənilər nəyin məşqini edir? – Sahib Alıyevin cavabı
  07 Sentyabr 2015    Oxunub:2611
`Ötən həftə Ermənistan ordusu "İldırım-2015" kod adlı təlimlərə başladı. Bu gurultulu ad onu diqtə edirdi ki, düşmən yəqin bizim mövqeləri sıradan çıxararaq sürətlə, yəni ildırım kimi Azərbaycanın içərilərinə doğru irəliləməyin məşqini edəcək. Amma əksinə təlimlərə sərhədyanı kəndlərini boşaltmaqla start verdilər`.

Bu fikirləri tanınmış telejurnalist, millət vəkili Sahib Alıyev yazıb. Onun sözlərinə görə, ermənilərin etdiyi hərəkəyin niyəsi Azərbaycan ordusunun dünən başlatdığı Komanda Qərargah Hərbi Oyunlarından bəlli oldu:

- Bu, Azərbaycan ordusu tarixində keçirilən ən böyük təlimlərdir ki, ora 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 40-dək təyyarə, 50-dək helikopter, zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də xüsusi təyinatlılar cəlb edilib. Hazırda səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması, ehtiyatda olan 6.000 nəfərdən çox hərbi vəzifəlinin artıq təlimlərə qatılması onu gösətirir ki, ermənilər boşuna sərhədyanı kəndlərininin sürətlə boşaldılmasını məşq etmirlər. Onlar Azərbaycanın savaşa başlamaq əzmində olduğunu anlayır və bu zaman qarşımızda duruş gətirməyib geri çəkiləcəklərinin də fərqindədirlər. Hara çəkiləcəklər, harada az-çox canlarını qurtara bilərlər yəqin keçirdikləri təlimlərdə onu da müəyyənləşdiriblər. Olsa-olsa bu, Rusiyanın 102-ci bazasın yerləşdiyi hərbi şəhərciklər olacaq.

Millət vəkilinin fikrincə, bu təlimlərdə edilən məşqlərdən hər iki ölkənin ordusunun həm potensialı, həm də psixoloji durumunun nə yerdə olduğu və ermənilər torpaqlarımızdan çəkilməsə, bütün bunların nəyə aparıb çıxaracağı açıqca görünür: “Reallıq ortadadır. Ümid edirik ki, ermənilərə havadarlıq edənlər, Azərbaycanla bu və ya digər şəkildə qarşıdurmaya getməkdənsə, onunla strateji müttəfiqliyin indi əvvəlkindən daha çox işlərinə yarayacağını anlayırlar. Anladıqları üçün də erməniləri güzəştə getməyə razı salacaqlar. Əslində burada elə böyük səy göstərməyə də ehtiyac yoxdur. 1999-cu ilin oktyabrında parlamentlərində baş verən terror aktının arxasında kim durduğunu və nədən qaynaqlandığını yaxşı bildiklərindən ipə-sapa yatmaz hala gələn Sərkisyan və komandasına sadəcə, " reallığı özünüz də görürsünüz, gedin içinizdə olanı dilinizə gətirin" demək yetərlidir. Realpolitik deyilən nəsnə hazırda bunu tələb edir”.

- Azərbaycan başdan bəri problemin mərhələli çözümünü istəyir. Və məncə, elə bir vəziyyət yaranıb ki, hazırda Rusiyaya da Dağlıq Qarabağ münaqişəsinin heç həll edilməməsindənsə yarımçıq həlli daha çox əl verir. Moskvadakılar da bu cür fikirləşirlərmi, bir neçə günə biz bunu biləcəyik,- deyə Sahib Alıyev vurğulayıb.


Teqlər:





Xəbər lenti