ABŞ-da iki jurnalisti öldürən şəxslə bağlı yeni faktlar – FOTOLAR (VİDEO)

ABŞ-da iki jurnalisti öldürən şəxslə bağlı yeni faktlar – FOTOLAR (VİDEO)
  27 Avqust 2015    Oxunub:10659
ABŞ-ın Virciniya ştatında ` WDBJ7` telekanalının iki jurnalistini öldürməkdə şübhəli bilinən, onların keçmiş həmkarı 41 yaşlı Vester Li Flenaqan ` ABC News` telekanalına faks göndərərək öz hərəkətinin motivlərini açıqlayıb.

AzVision.az telekanala istinadən xəbər verir ki, jurnalistlilərin öldürülməsindən sonra kanalın redaksiyasına `Brays Uilyams` imzalı faks gəlib. Flenaqan ` WDBJ7` telekanalında işlədiyi vaxt məhz bu təxəllüsdən istifadə edib.

Faksın müəllifi qeyd edib ki, onun bu hərəkəti Çarlstonda qaradərili şəxslər üçün kilsədə törədilən hadisəyə cavabdır. Qeyd edək ki, 17 iyunda 21 yaşlı ağdərili irqçi Dilan Ruf kilsəyə daxil olub və oradakı şəxslər atəş açıb. İnsident nəticəsində 6 qadın və 3 kişi həlak olmuşdu. Hadisə şahidlərinin sözlərinə görə, kilsədə atəş açan bu sözləri deyib: ` Mən bunu etməliyəm. Siz bizim qadınlarımıza təcavüz edir və ölkəmizi əlimizdən alırsınız. Siz ölməlisiniz`.

Bundan əlavə, Flenaqan məktubunda 2007-ci ilin aprelində Virciniya Politexnik İnstitutunda 32 nəfəri öldürən cənubi koreyalı Ço Sın Hi və 1999-cu ildə `Kolumbayn` məktəbində 13 nəfəri öldürən yeniyetməyə heyran olduğunu bildirib.

Flenaqan həmçinin iş yerində irqi diskriminasiya, seksual təcavüz və s. kimi hallardan da şikayət edib. Onun fikrincə, o gey və qaradərili olduğu üçün ələ salınıb.

`Müəyyən müddət mən partlamağa hazır olan barıt çəlləyi idim`, - deyə ` ABC News` faksdan olan sitatı təqdim edir. Faks tam olaraq ictimaiyyətə təqdim olunmayıb. Telekanal qatilin məktubunu hüquq mühafizə orqanlarına göndərib.

Flenaqanın öldürülən sabiq həmkarları ilə şəxsi problemləri olub. Törətdiyi qətllərdən sonra ` Twitter`də yazdığı postlarda o iddia edib ki, 24 yaşlı Elison Parker irqçi çıxışlar edib, cəmi bir dəfə əməkdaşlıq etdiyi Adam Uord isə Fleneqandan kadrlar şöbəsinə şikayət edib.

Daha əvvəl yayılan məlumatlarda Fleneqanın karyerası son illər heç də uğurlu alınmayıb. Floridanın `WTWC` telekanalından işdən çıxarıldıqdan sonra o, məhkəməyə müraciət edərək sabiq iş yerində irqçilik zəminində təhqirlərə məruz qaldığını bildirib.

Qeyd edək ki, ötən gün Amerikanın Virciniya ştatında canlı yayım zamanı jurnalist və fotoqraf öldürülüb. Belə ki, `Bridgewater Plaza`da müsahibə alan 24 yaşlı jurnalist Alison Parker və 27 yaşlı fotoqraf Adam Vardı turizmlə bağlı müsahibə alırmış və bir anda silah səsləri eşidilir.

Bundan sonra jurnalist qışqırmağa başlayır və görüntülərdən də bəlli olur ki, operator yerə yıxılır. Daha sonra yayım kəsilir. Kadrlarda 8 dəfə atəş açıldığı eşidilir.

Daha sonra Flenaqan polis təqibindən sonra özünə atəş açıb.





Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti