İki jurnalisti öldürən intihar etdi - Yenilənib - Foto (Video)

İki jurnalisti öldürən intihar etdi - Yenilənib - Foto (Video)
  27 Avqust 2015    Oxunub:5403
Amerikanın Virciniya ştatında canlı yayım zamanı jurnalist və fotomüxbiri öldürən şəxs intihar edib. AzVision.az xəbər verir ki, qətli törədən Brays Uilyams ölən jurnalistin həmkarı olub.

**

Amerikanın Virciniya ştatında jurnalist və fotoqraf öldürülüb. AzVision.az xəbər verir ki, hadisə canlı yayım zamanı baş verib. Belə ki, `Bridgewater Plaza`da müsahibə alan 24 yaşlı jurnalist Alison Parker və 27 yaşlı fotoqraf Adam Vardı turizmlə bağlı müsahibə alırmış və bir anda silah səsləri eşidilir.

Bundan sonra jurnalist qışqırmağa başlayır və görüntülərdən də bəlli olur ki, operator yerə yıxılır. Daha sonra yayım kəsilir. Kadrlarda 8 dəfə atəş açıldığı eşidilir.

Hazırda polis cinayətkarı axtarır.




Teqlər:  





Xəbər lenti