Rusiyalı milyonçu Şuşada təndir çörəyi satır

Rusiyalı milyonçu Şuşada təndir çörəyi satır
  25 Avqust 2015    Oxunub:7944
Dağlıq Qarabağ mənim ikinci evim olub.

AzVision.az xəbər verir ki, bu sözləri rusiyalı biznesmen Qerman Sterliqov `Vkontakte` sosial şəbəkəsindəki səhifəsində yazıb.

`Mənim Qarabağdan gedəcəyimi deyənlərə inanmayın. İndi Dağlıq Qarabağ mənim ikinci evim olub. Mənim Moskva ətrafında bir təsərrüfatım var idi. İkinci təsərrüfatım Qarabağda oldu. Mənim artıq işləyən dəyirmanım və çörək bişirmək üçün təndirim var. Hər gün çörək bişiririk, bu gündən isə Şuşada təbii çörək satmağa başlayırıq. Yəni mən Qarabağı tərk etməyəcəm `, - Sterliqov vurğulayıb.

Sterliqov qeyd edib ki, bəlkə dəyirmandan və mayasız çörəyin satışından başqa Şuşada Alyona Sterliqovanın daimi moda evi də fəaliyyət göstərməyə başlayıb.

“Bu barədə Şuşada yaxın şənbə günündə moda göstərisinin necə keçəcəyindən sonra qərar verəcəm. Əgər qadın geyimlərinə maraq olsa, onda burada bizim modalar evimiz fəaliyyətə başlayacaq və paltarlar tikiləcək.

Rusiyalı milyonçu qeyd edib ki, o, Qarabağdan getmək istəmir. `Bura mənim çox xoşuma gəlir. Əsasən də ailəmin yaxşılıqdan başqa heç nə görmədiyi, sadə və dürüst erməni xalqı xoşuma gəlir. İsa Məsihə eşq olsun!”

Xatırladaq ki, Baş Prokurorluğun məlumatına görə, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə Qerman Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdi.

İnterpol isə rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti