Qənirə Paşayevanın kitabı Boluda təqdim edilib

Qənirə Paşayevanın kitabı Boluda təqdim edilib
  24 Avqust 2015    Oxunub:2788
Türkiyənin qədim bölgələrindən olan Bolu vilayətində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub. Mərasimdə Bolu bölgəsinin ziyalıları, gəncləri, jurnalistləri, eyni zamanda Beynəlxalq Koroğlu Simpoziumunda iştirak etmək üçün Boluya gələn Türk dünyasının müxtəlif bölgələrindən olan ziyalılar, sənətçilər də iştirak ediblər.

Təqdimat zamanı millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri” də daxil olmaqla kitablarının təqdimatı və imzalanması olub.

"Fəxri Vətəndaşı olmaqdan hər zaman qürur duyduğum Boluda bu cür gözəl tədbirin təşkili üçün Bolu bələdiyyəsinə və universitetinə, tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edirəm",- deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif yoldaşlarından danışıb.

"Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir",-deyən Qənirə Paşayeva sonra Bolu ziyalıları, gənclərı, KİV təmsilçiləri üçün kitablarını imzalayıb.


Teqlər:





Xəbər lenti