Dava edən Xalq artistlərini neçə il həbs gözləyir ? - Açıqlama

Dava edən Xalq artistlərini neçə il həbs gözləyir ? - Açıqlama
  24 Avqust 2015    Oxunub:14237
“Hadisəni törədən şəxs barəsində cinyət işi açılmalı və həbs olunmalıdır”.
Bunu AzVision.az - a açıqlamasında tanınmış vəkil Adəm Məmmədov deyib. O, ötən gün mətbuat səhiflərində yayılan Xalq artistləri Ramiz Novruz və Ramiz Məlikin “yumruq davası”na hüquqi müstəvidə qiymət verərkən deyib. Vəkil qeyd edib ki, hadisəni törədən şəxs barəsində “Xuliqanlıq” maddəsi ilə cinayət işi açıla bilər:

“İctimai simaların belə bir hərəkətə yol vermələri çox acınacaqlı bir haldır. Çünki hər kəs onların davranışlarından nümunə götürür. Tanınmış insanların belə davranmaları və bir-birilərinə qarşı kobud rəftar etmələri hətta dava etmələri cəmiyyət tərəfindən bəyənilən bir hərəkət deyil. Adətən insanlar teatr xadimlərindən əxlaq və mədəniyyət gözləyirlər. Hər bir halda əsəblər gərilsə də, tərəflər arasındakı mübahisə dərin olsa belə insanlar gərək öz hisslərinə hakim olmağı bacarsınlar.

Hadisənin ictimai yerdə, insaların gözü önündə baş verməsi, nə qədər davam etməsi çox əhəmiyyət kəsb edir. Mübahisənin harada baş verməsi məsələsi də çox önəmlidir. Ekspertizanın rəyindən də çox şey aslıdır, yəni burada cinayət hadisəsi var yoxsa inzibati xəta törədilib”.

Vəkil bildirib ki, əgər müəyyən olunarsa ki tərəflər arasındakı münaqişə uzun müddət davam edib, ağır söyüş və təhqirlərə yol verilib, xəsarətin dərəcəsi və zərər dəyən əmlakı müəyyən olunubsa hadisəni törədən şəxs barəsində “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlaya bilər və cinayət məsuliyyətinə cəlb oluna bilər:

“Əgər xuliqanlıq hərkəti qeydə alınmayıbsa, xəsarətin dərəcəsi yüngül olarsa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 (yüngül xəsarət yetirmə maddəsi ) maddəsi ilə cinayət işi açıla bilər. Xəsarətin dərəcəsi müəyyən olunarsa cinayət məcəlləsinin 138.1 maddəsi (döyülmə ) cinayət işi açıla bilər. Həmin maddəyə əsasən inzibati həbs və cərimə də nəzərdə tutulub”.

Onun sözlərinə görə, tərəflər məhkəməyə qədər barışsalar cinayət işinə xitam da verilə bilər:

“Xuliqanlıq” maddəsi ilə cinayət işi açılarsa hadisəni törədən şəxs 160 saatdan 200 saata qədər islah işlərinə cəlb oluna və 1 il müddətinə azadlıqdan məhrum edilə bilər. Əgər 221.1 maddəsi ilə cinayət işi açılarsa yəni təqsirləndirilən şəxs bir il müdddətinə həbs edilə bilər. Bu alternativ cəza metodları ilə də əvəz oluna bilər”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti