Narkokuryer qohumlar tutuldu

Narkokuryer qohumlar tutuldu
  24 Avqust 2015    Oxunub:1843
Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsinin cənub bölgəsinin region şöbə əməkdaşları Biləsuvarda narkotik ticarətçisini saxlayıb.

Saxlanılan 1979-cu ildə Lənkəranda anadan olan Tağıyev Ramin Gülhüseyn oğlu olub. Onun üzərindən külli miqdarda narkotik maddə - 5,5 kq-dan çox tiryək, 8 kq-dan çox marixuana tapılıb.

Tağıyev Ramin istintaqa verdiyi ifadəsində bildirib ki, narkotik maddəni 500 manat müqabilində əmisi oğlu Tağıyev Vüsal Məhərrəm oğluna verməli imiş. O, narkotiki Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki köhnə dəyirmanın yanından götürüb. Onun bildirdiyinə görə, narkotik maddəni dəyirmanın yanına İran vətəndaşları qoyub. Ramin də həmin narkotik maddələri götürərkən yaxalanıb.

İfadəsindən sonra Raminin əmisi oğlu Vüsal da tutulub. Onun idarə etdiyi "VAZ - 21015" markalı avtomobildən 3 kibrit qutusunda təxminən - 15 qr marixuana aşkar edilərək götürülüb.

İş üzrə əməliyyat tədbirləi davam etdirilir. Tağıyev Ramin Gülhüseyn oğlu daha əvvəl soyğunçuluq və quldurluğa görə də məhkum olunub.(ANS)


Teqlər:  





Xəbər lenti