Qlobal QHT-lər: İmperiya Missionerləri - DOSYE

Qlobal QHT-lər: İmperiya Missionerləri - DOSYE
  20 Avqust 2015    Oxunub:3432
21-ci əsrdə Qeyri Hökumət Təşkilatları bir sıra humanitar seferalardakı aktivlikləri sayəsində, dünya arenasında mühüm rol oynayırlar.

AzVision.az 4npress-ə istinadən xəbər verir ki, bu problemlərə daha çox kasıbçılıq, ətraf mühitin qorunması və insan azadlıqları daxildir. Lakin Qeyri Hökümət Təşkilatlarının digər tərəfi də var. Onlar həm keçmişdə həm də hazırkı dövrdə bir sıra ölkələrdə xarici siyasətin müəyyən hissəsini əhatə edirlər. Bu amil daha çox Amerika Birləşmiş Ştatlarında öz əksini tapır. Silahlı qüvvələrdən istifadə etmək əvəzinə ABŞ, digər ölkələrdə öz təzyiqini artırmaq üçün QHT-dan istifadə edir. Bu QHT-lər arasında daha çox diqqət cəlb edənlər isə “Milli Demokratiya Fondu” , “Freedom Hosue” və “Beynəlxaq Aministiya” adı altında fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatlarıdır.

Milli Demokratiya Fondu

Milli Demokratiya Fondunun (MDF) şəxsi internet səhifəsində qeyd edildiyi kimi, Fond şəxsi və qeyri komersiya təşkilatıdır, Fondun əsas məqsədi Bütün dünya üzrə Demokratiya İnstitutlarını möhkəmlətməkdir. Lakin həqiqətə qalsa hər şey heç də yazıldığı kimi deyl.

MDF-in tarixi Reyqan Administrasiyasının dövrünə qədər gedib çıxır. 1970-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsi-nin ardıcıl uğursuzluqlarının üstü açılması bu prosesi daha da sürətləndimişdi. Mərkəzi Kəşfiyyat İdarəsi dövlət qulluqçularına qarşı sui- qəsdlərdə, Xarici dövlətlərdə destabilizasiya faktları, eləcə də ABŞ vətəndaşlarının qanunsuz izlənilməsi və dinlənilməsi hallarına görə ittiham olunurdu. Təbii ki, hadisələrin belə gedişi həm Mərkəzi Kəşfiyyat İdarəsi-nin həm də ABŞ dövlətinin nüfuzuna böyük kölgə salmışdı. Bununla bağlı Mərkəzi Kəşfiyyat İdarəsi-nin fəaliyyətinin araşdırıkması üçün xüsusi komitələr yaradıldı. Bu komitələr arasında “Çerç Komiteti” (Rəhbəri Aydaxo Demokratik Partiyasının nümayəndəsi Frenk Çerç idi) daha çox fərqlənirdi. Belə ki Çerçin fəaliyyəti nəticəsində ortaya çıxmış faktlar, bu qurumun daima nəzəratdə olmasını qaçılmaz edirdi. Daimi Nəzarət Komitəsinin əsas məqsədi Mərkəzi Kəşfiyyat İdarəsi-nin fəaliyyətini intensiv nəzarətdə saxlamaqdan ibarət idi. Belə görünürdü ki, bütün bu işlərdən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyətində səliqə-səhman yarandı və bu qurum artıq nə dövlət məmurlarına nə də adi vətəndaşlara təhlükə yaratmırdı. Lakin İdarənin çirkin işləri öz davamını ayrı şəkildə reallaşdıra bildi. Onlar zərəsiz Qeyri Hökümət Təşkilatının cildinə girərək, guya ki, dünyada demokratiyanı inkişaf erdirməyə çalışırdılar. Beləliklə də “Milli Demokratiya Fondu” fəaliyyətə başladı.

MDF lap əvvəldən ABŞ-ın Xarici siyasətini müəyyənləşdirən əsas vasitələrdən biri hesab olunub. Fondun əsasını Alen Vaynşteyn qoyub. Buna qədər Vanşteyn Braun və Cortaun Universitetlərində professor idi. Alen həm də “The Washington Post” və “The Washington Quarterly” kimi mətbuat orqanlarındakı fəaliyyəti ilə tanınırdı. “The Washington Quarterly” jurnalı Corctaundakı Strateji və Beynəlxalq araşdırmalar mərkəzinin mətbu orqanı hesab olunurdu. Bu jurnal həm də İmperial Starteqlər Henri Kissinger və Zbiqnev Bjezinski kimi simalarla əməkdaşlıq eməsi ilə seçilir. 1991-ci ildə Vaynşteyn öz müsahibələrindən birində belə bir ifadə işlətmişdi: “Bizim bu günkü fəaliyyətimizin böyük əksəriyyəti 25 il bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi tərəfində gizli şəkildə həyata keçirilirdi”

Fondun ilk direktoru Karl Qeşman açıq şəkildə bəyan etmişdi ki, Fond Mərkəzi Kəşfiyyat İdarəsinin çirkin işlərinin davamı idi. 1986-cı ildə Qeşman verdiyi müsahibəsində öz fikirlərinə belə davam etmişdi: “Biz sözügedən fəaliyyətimizi gizli həyata keçirə bilməzdik. Bütün Dünyada fəaliyyət göstərən Demokratik Təşkilatların, Mərkəzi Kəşfiyyat İdarəsi-nin hesabına işləməsi ilə bağlı yayılacaq məlumatlar da yolverilməz idi. Bunun fəsadlarını 60-cı illərdə gördük bu səbədənə də belə fəaliyyətə son qoyduq. Bu şəkildə davam edə bilməzdik bu səbədən də Fond yaradıldı, Fond Amerika hökümətinin əsas silahıdır. 1983-cü ildə Fondun rəsmi əsası qoyulduqdan sonra, təşkilat hər il, ABŞ Konqresinin dəstəyi ilə Amerika İnformasiya Agentliyinin büdcəsindən mütamadi olaraq maliyyələşdirilirb.”

Fond fəaliyyətə başladıqdan sonra ABŞ maraqlarını müdafiə edən təşkilatlara dəstək olmağa başlayıb. 1983-cü ildən etibarən 1 il müddətində fond Fransada intensiv fəaliyyətini davam etdirib. Burda fond Həmkarlar İttifaqı kimi fəaliyyət göstrən Tələbələr və Professorların təşkilatlarına böyük dəstək olub. Onların solçu professorlarla mübarizəsində əvəzsiz rol oynayıb. Bir növ müxalifət adlandırılacaq təşkilatlar üçün braşuralar, kitablar və posterlərin hazırlanmasında yaxından iştrak edib. Bir sıra seminarları maliyyələşdirib. 90-cı illərin ortasında və sonunda Fond, Həmkarlar İttifaqı ilə mübarizəsini daha da intensivləşdirmək məqsədi ilə Amerika İnstitutlarında Azad işçi qüvvəsini möhkəmlətmək üçün 2.5 milyion ABŞ dolları vəsait xərcləyib. Nəticədə Mərkəzi Kəşfiyyat İdarəsi proqressiv Həmkarlar ittifaqlarına qarşı olan siyasətini rahat şəkildə həyata keçirdə biliib.

Fondun müdaxiləsi olmadan Venesuella və Haitidə prezident seçkiləri diqqətləri cəlb etməzdi. Fondun fəaliyyəti bu proseslərdə Solçu qüvvələrin fəaliyyətini zərərsizləşdirməkdən ibarət idi. MDF dünyada qeyri stabilliyi qorumaqda olan qüvvələrdən hesab olunur. Fondun əsas fəaliyyəti ABŞ-a qarşı olan dövlətlərdə həyata keçirilir. Bundan başqa Fond eyni məqsədlərə qulluq edən daha bir Qeyri Hökümət Təşkilatının fəaliyyətini maliyələşdrir bu “Freedom House”dir

Freedom House

“Freedom House” ilkin olaraq 1941-ci ildə yaradılıb. Təşkilatın əsas məqsədi İnsan hüquqları və Demokratiyanı müdafiə etmək idi. Bəlkə də o vaxt təşkilatın əsas məqsədi məhz bu olub. Lakin hazırda qurum tam fərqli bir siyasət həyata keçirir, onun liderlərinin adı isə şübhəli təşkilatlara birgə hallandırlır. Qurumun hazırkı icraçı direktoru Devid Kramer “Yeni Amerika Əsri” adlandırılan elmi lahiyənin aparıcı üzvlərindəndir. Lahiyə Amerikada bir növ qeyri stabilliyi inkişaf etdirməyə çalışır.

Corc Buş Administrasiyası öz dövründə təşkilatdan Terrorizmə qarşı mübarizədə geniş istifadə edib. 2006-cı il Martın 29-da Buş bəyan etdi ki, “Freedom House” 30 illik fəaliyyəti dövründə ən böyük uğurunu məhz 2005-ci ildə qazanıb. Keçmiş prezident təşkilatın Beynəlxaq Azadlıq naminə gördüyü işləri yüksək qiymətləndirərək bildirdi ki, Hər bir insan və hər bir ölkə tam olaraq Azadlığa qovuşmayınca Amerika sakitləşəsi deyl. Amerikanın bu işdə əsas məqsədi gələcək nəsillərin azadlıq və sülh içində yaşamasıdır.

Ardınca məlum oldu ki, “Freedom House” daha çox Buş Administrasiyasını dəstəkləyir. Təbii ki, buna səbəb təşkilatın Dövlət tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi idi. Yayılan məlumatlara görə təşkilatın gəlirlərinin 66 faizi birbaşa Dövlətdən əldə olunurdu. Maliyyənin əsas mənbələri isə ABŞ-n Beynəlxalq İnkişaf Agentliyi, ABŞ Dövlət Departamenti və Milli Demokratiya Fondu idi. Bu yolla biz görürük ki, “Freedom House” təkcə siyası baxımdan deyl, eyni zamanda maliyyə baxımından da ABŞ dövlətindən asılı idi.

Lakin qeyd etmək lazımdır ki, Dövlətə dəstəyi ilə təkcə “Freedom House” seçilmirdi. Buşun rəhbərliyi ilə digər Qeyri Hökümət Təşkilatlarına da müvafiq dəstəklər göstərilirdi ki, onlar da Beynəlxalq sferada dövlətin maraqlarına qulluq etsinlər. 2003-cü ildə ABŞ Beynəlxaq İnkişaf Agentliyinin rəhbəri Endryu Naçios Qeyri Hökümət Təşkilatlarının Konqresində belə bir ifadə işlətmişdi: “Əfqanıstanda Qeyri Hökümət Təşkilatları ilə ABŞ-a məxsus Beynəlxaq İnkişaf təşkilatının əməkdaşlığı Həmid Kərzai rejiminin saxlanılması ilə yekunlaşdı. Nəticədə Əfqanıstan xalqı elə hesab edir ki, Mərkəzi idaretmədən və ABŞ-dan asılı olmayan qrumların hesabına onların həyatı daha da yaxşılaşıb. Bu ciddi bir problemdir” Ardınca Naços İrakla bağlı da öz fikirlərini qeyd etdi: “İş Qeyri Hökümət Təşkilatlarının fəaliyyətinə gəldikdə, nətiəcləri bəyan etmək lazımdır. Lakin bu nəticələrin bəyanı qədər, vacib olan məsələ Amerika tərəfinin bu proseslərdəki fəaliyyətidir.” Konqress zamanı Qeyri Hökümət Təşkilatlarına çatdırdılar ki, onlar Amerika Hökümətinin yerlərdə əsas vasitələridir.

Bir müddət öncə isə “Freedom House” ərəb ölkələrindəki fəaliyyəti ilə diqqət çəkib. Burda qurum Bir sıra fərdi şəxslərin eləcə də qrupların təlimində və maliyyələşdirilməsində yaxından iştrak edib. Misirdə Aprelin 6-sı keçirilən Gənclərin Hərəkatı da “Freedom House” tərəfindən maliyyələşdirilib. Yəmənli gənc fəal Enstar Kadi də məhz bu qurumun yetirməsi hesab olunur. Bundan başqa Bəhreyndə də “Freedom House” intensiv fəaliyyəti ilə seçilib.

MDF və “Freedom House” Amerika hökümətinin Beynəlxalq Siyasətdə əsas tərədaşları hesab olunsalar da ABŞ tərəfi bununla kifayətlənmir. Hökümətin ən stabil Qeyri Hökümət Təşkilatlarından biri də “Beynəlxalq Aministiya” təşkilatıdır

Beynəlxalq Aministiya Təşkilatı

İnsan hüquqlarının qorunması baxımından “Beynəlxalq Aministiya” təşkilatı ABŞ-ın ən güclü dayaqlarından hesab olunur. 2012-ci ilin Yanvar ayında Suzanna Nossel Təşkilat tərəfindən qrumun rəhbəri seçilib. Bu vəzifəyə gələnə qədər Nossel Amerika höküməti ilə sıx fəaliyyəti olub. Nossel ABŞ Dövlət Departamentinin beynəlxalq qurumlarla iş üzrə dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışıb.

Nossel “Ağıllı güc” ifadəsinin yaradıcısı kimi tanınır. Bununla O, Amerikanın öz düzgün fəaliyyətini daha da genişləndirmək məqsədi ilə güclə olsa belə digər tərəfdaşları özünə cəlb etmək prosesini dəstəklədiyini bildirmək istəyib. Nossel əlavə edib ki, bu prosesi Amerika tərəfi Təşkilatlar, Beynəlxalq İnistutlar və Diplomatiya yolu ilə gerkəçləşdirə bilər. “Ağıllı güc” ideyası, bir vaxtlar Cozef Nay tərəfindən irəli sürülən “Yumuşaq güc” ideyasının yenilənmiş versiyası idi. Nay belə düşünürdü ki, məqsədə çatmaq üçün digər tərəfləri cəlb etmə yolu ilə razılığa gətirmək lazımdır. Onun fikrincə gücün tədbiqi eləcə də maliyyə vasitələri ilə cəlb etmə güclü sütunlara dayanmır. “Ağıllı güc” ideyasının əsas misalı kimi Liviya müharibəsində ABŞ-ın BMT-nin razılığı ilə əraziyə Humanitar yardım məqsədi ilə soxulması oldu.

Nosselin təyinatına qədər sözügedən təşkilat Suriyaya qarşı informasiya müharibəsində yaxından iştirak edib. 2011-ci il Sentyabrın 1-də Amerikada yayımlanan “Democracy now” televiziya lahiyəsində “Beynəlxalq Aministiya” təşkilatının nümayəndəsi Nil Semmonds belə bir fikir söyləmişdi: “Suriyada xalq etirazları zamanı Həbsxanalarda ölüm halları baş verib. Biz Suriyada olmamışıq. Bizim təşkilata hadisələr zamanı orda olmağa icazə verilmədi. Lakin biz bunu çox istəyirdik. Bu səbədən də araşdırmalarımız Londondan aparırdıq. Bəzi işlərimiz ABŞ-da görülürdü. Əsas mənbələr isə telekomunikasiya vasitəsi ilə əldə olunurdu. Zərəçəkmişlərin ailələri ilə danışıqlar aparırdıq. Mümkün digər vasitələrdən də istifadə edirdik”

Bəs görəsən üçüncü tərəfdən əldə olunan məlumatı düzgün hesab etmək olarmı? Yoxlanılmamış məlumatı insanlara çatdırmaq nə dərəcədə düzgündür? Belə yanaşma Qəddafiyə qarşı elan olunmuş İnformasiya müharibəsini xatırladır. O vaxt KİV-də belə bir məlumat yayılmışdır ki, Qəddafi öz millətini bombalayır. Deyilirdi ki Qəddafi qadınları zorlamaq üçün əsgərlərə xüsusi təlimatlar və preparatlar verir. Bu məlumatlar geniş kütləyə yayılsa da, həqiqət olub olmadığı tam dəqiqləşdirilməmişdi.

Təbii ki, Qeyri Hökümət Təşkilatları cəmiyyətin xeyirinə olan işlər də görə bilər. Onların mənşəyini heç vaxt diqqətdən kənarda qoymaq olmaz. Çünki məhz mənşəyi, QHT-nin əsas strategiyasının göstəricisidir. Maliyyə mənbəyi də çox vacib amillərdənidr. Belə ki bu səbədən QHT-lərin məqsədləri də dəyişkən olur. QHT-lər daha çox Dominantlıq etmək niyyətində olan imperiyaların silahı hesab olunurlar. Qeyri Hökümət Təşkilatları intensiv şəkildə İmperiya Misyonerlərinə çevrilməkdədirlər.


Teqlər:  





Xəbər lenti