Prezident İlham Əliyevin 2012-ci il 11 iyun tarixli Sərəncamına əsasən yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri bu ilin mayında yekunlaşıb. Eni 5, bəzi yerlərdə isə 7 metr olan 3-cü və 4-cü dərəcəli yola 10-11 santimetr qalınlığında asfalt döşənib. Yol üzərindəki mühəndis-texniki qurğular müasir səviyyədə qurulub. Rayonun 20 yaşayış məntəqəsini birləşdirən və 37,1 kilometr uzunluğunda olan bu rahat və abad yoldan ümumilikdə 4700-dək sakin istifadə edəcək.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi.