Prokuror Leyla Yunusa 11 il, Arif Yunusa 9 il həbs istədi

Prokuror Leyla Yunusa 11 il, Arif Yunusa 9 il həbs istədi
  06 Avqust 2015    Oxunub:2676
Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək, Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses avqustun 10-da davam etdiriləcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.

AzVision.az virtualaz.org saytına istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Arif Yunusun səhhəti pisləşdiyi üçün fasilə elan olunub.

Məhkəməyə həkim briqadası cəlb edilib. Bu zaman Leyla Yunus səs-küy salaraq, qalmaqal yaradıb.

Məhkəmə heyəti bir neçə dəfə prosesdə qısamüddətli fasilə verib. Hazırda Arif Yunusa tibbi yardım göstərilir.

Qeyd edək ki, prosesin bu gün dövlət ittihamçısının çıxışı ilə davam etdirilməsi nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti