Arif Yunus ifadə verməkdən imtina etdi

Arif Yunus ifadə verməkdən imtina etdi
  03 Avqust 2015    Oxunub:2324
Bu gün Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, məhkəmə propsesində şahıd qismində hüququ müdafiəçisi Sahib Məmmədov ifadə verərkən Arif Yunusun halı pisləşib və məhkəməyə təcili tibbi yardım briqadası çağırılıb. Arif Yunusa 3-cü dərəcəli hipertoniya diaqnozu qoyulub.

Həkimlər A.Yunusa ilk tibbi yardım göstərdikdən sonra onun ifadə verə biləcəyini bildirsələr də, A.Yunus ifadə verməkdən bilərəkdən imtina edib.

Hakim məhkəmə prosesində fasilə elan edib.

Məhkəmə prosesi bugün davam etdiriləcək.


Teqlər:





Xəbər lenti