Rza Zərrabın şirkətləri haqda maraqlı faktlar – SİYAHI

Rza Zərrabın şirkətləri haqda maraqlı faktlar – SİYAHI
  23 İyul 2015    Oxunub:24967
İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani AzVision.az-a müsahibəsində azərbaycalı olduğu iddia edilən binesmen Rza Zərrab və onun biznesilə bağlı maraqlı faktlar açıqlayıb.

Diplomat deyib ki, Rza Zərrab Hüseyn oğlu İran və Türkiyə vətəndaşıdır, 32 yaşı var. O, İranın Təbriz şəhərində anadan olub, əslən azərbaycanlıdır. Həyat yoldaşı Ebru Gündeş Türkiyənin tanınmış müğənnisidir. Bir qızları var, adı Alaradır.

2008-ci ildən Türkiyədə yaşayır. Bundan öncə isə İranın Təbriz və Kərəç şəhərlərində, bir müddət də Dubay Əmirliyində yaşayıb. İran-İraq müharibəsi vaxtı ailəvi şəkildə Dubaya köçüblər.

Onun əsas işi biznesdir. İranda, Dubayda və Türkiyədə şirkətləri var. Atası Hüseynin də bu şirkətlərdə payı var.Əsas biznesləri dəmir istehsalı, neft, valyuta mübadiləsi, qızıl, gəmiçilik və aviasiya ilə bağlıdır.

Malik olduğu şirkətlərin bəziləri bunlardır:
- Türkiyədə “Royal” adlı gəmi istehsalı zavodu
- Dubayda “Elneis exchange”, “İslam center”
- İstanbulda Beynəlxalq idxal-ixrac şirkəti
- İranın Şərqi Azərbaycan vilayətində Tikmədaş adlı Dəmir zavodu
- Türkiyədə “Safir-Altın” şirkəti (Türkiyənin qızıl ixracatının 46%-ni bu şirkət həyata keçirir)
- Təbriz şəhərində “Lalə Park” adlı biznes və əyləncə mərkəzi (bu mərkəzdə 1200 mağaza var).

Bundan başqa, “Ənvər Air Avia” şirkətinə şərikdir. Bu şirkətin 1600 işçisi, 34 təyyarəsi var və Türkiyənin daxilində 14 istiqamətə, həmçinin 5 xarici ölkəyə uçuşlar keçirir).

Rza Zərrab həmçinin “Trabzonspor” futbol klubunun sponsorudur və bu komandaya 1.5 milyon dollar əvəzsiz grant verib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti