“Leyla Yunus sifətdən Merkelə oxşayır” - Açıqlama

“Leyla Yunus sifətdən Merkelə oxşayır” - Açıqlama
  16 İyul 2015    Oxunub:3778
“Almaniya kansleri Angela Merkellə Leyla Yunus bacı kimi oxşardırlar. Onların bacı və ya xala qızı olmalarını dəqiq bilmirəm. Amma Leyla Yunusla Merkelin şəkillərini yanaşı qoyanda onların bir-birlərinə necə bənzədiklərini açıq görmək olar. Sifət quruluşları və əməlləri də eynidir”.

Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

O, həbsdə olan dırnaqarası hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun ötən gün keçirilən məhkəmə prosesində saxlandıqları təcridxanalarda işgəncəyə məruz qalmaları ilə bağlı səsləndirdikləri fikirlərin yalan olduğunu söyləyib.

Komitə sədrinin sözlərinə görə, Yunusovlar saxlanma yerlərində heç bir təzyiqə məruz qalmayıblar: “Leyla Yunus çox istəyərdi ki, onun məhkəməsi Fransada, Amerikada, Almaniyada keçirilsin. Amma o, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Ombudsman Aparatının əməkdaşları Leyla Yunusa baş çəkiblər və saxlanma şəraiti ilə tanış olublar. Onlara elə bir ciddi şikayəti olmayıb. Penitensiar Xidmətdən də Leyla Yunusun vəziyyəti ilə bağlı dəfələrlə açıqlama verilib. Heç bir probleminin olmadığı bildirilib”.

E.Behbudovun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Arif Yunusa heç kimin əli dəyməyib. O, saxlanma şəraitindən həmişəki kimi razı olduğunu söyləyib.

“Arif Yunus təcridxanada ona qarşı münasibətdən də razı qalıdığını bildirib. Leyla Yunusun özü bir hüquq müdafiəçisidir. Ona heç kəs əl qaldıra bilməz. İkincisi o, öz hüquqlarını yaxşı bilir. Leyla xanım xarici dövlətlərin diqqətini məhkəmə prossesinə cəlb etmək istəyir. Ermənilər onun yaxın dostlarıdır. Çünki Leyla Yunus azadlıqda olan zaman tez-tez Ermənistana gedirdi.

Əgər Leyla Yunus Ermənistan vətəndaşı olmaq istəyirsə, bu zaman Azərbaycan dövləti onun məhkəməsinin Ermənistanda keçirilməsi məsələsini fikirləşə bilər. Bundan əlavə qeyd edim ki, istənilən xarici dövlətin nümayəndəsi gəlib müşahidəçi qismində Leyla Yunusun məhkəməsində iştirak edə bilər”.

Hüquq müdafiəçisi bildirib ki, Arif Yunusun milliyəti qatışıqdı. Onun ermənilərlə qohumluğu var.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti