İnsan alveri ilə məşğul olan 11 nəfər məsuliyyətə cəlb edilib

İnsan alveri ilə məşğul olan 11 nəfər məsuliyyətə cəlb edilib
  10 İyul 2015    Oxunub:2299
Azərbaycanda İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz çox, yəni 80 cinayət müəyyən olunub.
Bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirib.

V.Eyvazov bildirib ki, həmin faktlar əsasında başlanılmış cinayət işləri üzrə 11 nəfər məhkəmə məsuliyyətinə verilib və bu əməllərin qurbanı olmuş 25 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti