22 cinayətkar qrup zərərsizləşdirilib

22 cinayətkar qrup zərərsizləşdirilib
  10 İyul 2015    Oxunub:2169
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib.

AzVision.az
-ın məlumatına görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirib.

Nazir müavini qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiklərlə əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 16 faiz çox və ya 432 kiloqram narkotik vasitə çıxarılıb. Həmçinin xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 90,2 ton olan çətənə və xaşxaş kolu aşkarlanaraq məhv edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti