Ötən ay 18 nəfəri ilan sancıb

Ötən ay 18 nəfəri ilan sancıb
  06 İyul 2015    Oxunub:2343
İyun ayı ərzində Azərbaycanda 18 nəfəri ilan sancıb.
AzVision.az- ın məlumatına görə, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, zərərçəkənlərdən 12 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 2-si azyaşlıdır.

İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların böyük əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlan sancma halları əsasən Bakı ətrafı qəsəbələrdə - Zirə, Güzdək, Maştağa, Qaradağ və digər ərazilərdə baş verib.

A.Maqsudov qeyd edib ki, iyun ayında əqrəb sancması ilə bağlı 3, qaraqurd sancması ilə bağlı isə 1 müraciət daxil olub.


Teqlər:  





Xəbər lenti