`I Avropa Oyunları möhtəşəm idi` - Patrik Hikki

`I Avropa Oyunları möhtəşəm idi` - Patrik Hikki
  28 İyun 2015    Oxunub:3098
"Birinci Avropa Oyunlarının bütün aspektləri möhtəşəm idi, hər şey uğurla başa çatdı".
Bu barədə Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki bu gün Avropa Oyunlarına həsr edilmiş yekun mətbuat konfransında deyib.

P.Hikki vurğulayıb ki, istər Oyunların keçirilməsi, istərsə də Atletlər kəndi ilə bağlı heç bir şikayət daxil olmayıb.

P.Hikki həmçinin medianın fəaliyyətini də yüksək dəyərləndirib. O bildirib ki, Oyunlarda 900 xarici jurnalistin akkreditasiyadan keçirilməsi də Oyunların əhəmiyyətini göstərdi. (trend)


Teqlər:  





Xəbər lenti