`İlham Zəkiyev cəsurluq, ləyaqət simvoludur` - İlham Əliyev

`İlham Zəkiyev cəsurluq, ləyaqət simvoludur` - İlham Əliyev
  27 İyun 2015    Oxunub:4495
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin tərkibinə Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic, Avropa Olimpiya Komitələrinin Baş katibi Raffaele Pagnozzi, Avropa Olimpiya Komitələrinin Koordinasiya komissiyasının sədri Spyros Capralos daxildir.

Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə dövlət başçısına təşəkkür edib:

“Dünən siz paraolimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim etməyiniz və onunla birlikdə podiumda durmağınız möhtəşəm və həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla izlənildi”.

İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd edən dövlət başçısı ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi və əlamətdar xarakter daşığını bildirib. “O, məni podiuma dəvət etdi və mən böyük məmnunluqla bunu etdim…”

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic də prezidentə minnətdarlığını bildirib:

“Avropa Oyunlarının təşkilindəki xidmətlərinizə görə çox minnətdarıq. Xalqınızın əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək qiymətləndiririk. Biz hamımız bilirik ki, Azərbaycan odlar ölkəsi, Bakı küləklər şəhəridir. Lakin mən buraya “gülər üzlü insanlar ölkəsi” ifadəsini də əlavə etmək istərdim. Bütün həyatın boyu bu qədər gülər üzlü gənc insan görməmişdim. Onların dostcasına münasibətinin və ruh yüksəkliyinin şahidi olduq. Dünən İlham Zəkiyevə medal təqdim etmə mərasimində onun Azərbaycan himninin sözlərini oxuması bizi çox təsirləndirdi. O əsl vətənpərvərdir. Biz sizin insanlarınızın və şəxsən sizin Birinci Avropa Oyunlarının təşkili işinə verdiyiniz dəstəkdən şərəf hissi duyuruq”.


Teqlər:





Xəbər lenti