ABŞ səfiri Atletlər Kəndində - FOTOLAR

ABŞ səfiri Atletlər Kəndində - FOTOLAR
  24 İyun 2015    Oxunub:2454
Səfir Sekuta bu gün Atletlər Kəndinə gedərək Bakı Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.
AzVision.az xəbər verir ki, səfir Sekuta Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanlarin bir araya gətirilməsində oynadığı rolu barədə danışıb.

Səfir qeyd edib ki, oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin birbirinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir və biz hamımız bunları öyrənib digər fəaliyyətlərimizdə tətbiq edə bilərik. O, idmançıları göstərdikləri çıxışları münasibətilə təbrik etmiş onlara gələcək yarışlarda uğurlar arzulayıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti