İlham Əliyev 2 deputata orden verdi

İlham Əliyev 2 deputata orden verdi
  24 İyun 2015    Oxunub:4066
Azərbaycan Prezidenti İlham Əliyev millət vəkili Ziyad Səmədzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Ziyad Əliabbas oğlu Səmədzadə “Şərəf” ordeni ilə təltif edilsin.

Bundan əlavə, prezident İlham Əliyev Hüseynbala Mirələmovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Depuatat Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hüseynbala Fazil oğlu Mirələmov “Şöhrət” ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti