Oyunların açılışında həkimə neçə nəfər müraciət edib?

Oyunların açılışında həkimə neçə nəfər müraciət edib?
  22 İyun 2015    Oxunub:2746
Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi Bakı-2015-in açılış mərasimində tibbi yardıma müraciət edənlərin sayını açıqlayıb. Komitədən AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, adətən böyük idman yarışlarında olduğu kimi çox az sayda insan kiçik problemlərlə tibbi yardıma müraciət ediblər. Müraciətlərin əksəriyyəti isə baş ağrısı ilə əlaqədar olub.

Komitədən onu da qeyd ediblər ki, onların azərbaycanlı və ya xarici vətəndaş olması barədə məlumat verilmir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Avropa Oyunlarına görə 300 nəfər xüsusi təlim keçmiş tibb işçisi və 100 ədəd təcili tibbi yardım maşını ayrılıb.

İdmançılara tibbi xidmətlərin ambulator şəraitində göstərilməsi məqsədi ilə Atletlər kəndində müasir standartlara uyğun olaraq zəruri tibb avadanlıqlarla təchiz olunmuş poliklinika yaradılıb. Poliklinikada xarici həkimlərlə birgə müvafiq beynəlxalq təlimlər keçmiş yerli tibb mütəxəssislər də tibbi yardım göstərir.

Eyni zamanda, idmançılara və gələn qonaqlara oyunlar zamanı ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsı məqsədi ilə Bakı şəhərində iki xəstəxana: Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Olimpiya stadionuna 100 ədəd təcili tibbi yardım maşını cəlb olunub. Həmin maşınlar yarış obyektlərində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcək.

Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım heyəti 150 nəfər həkim və 150 nəfər feldşerdən ibarətdir.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti