Ramazan ayı başladı - Cədvəl

Ramazan ayı başladı - Cədvəl
  18 İyun 2015    Oxunub:4098
Bu gün müqəddəs Ramazan ayı başlayır.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib etib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə verdiyi fətvada qeyd edilib ki, Ramazan ayının ilk günü bu il Miladi təqvimlə iyunun 18-nə təsadüf edir. İyun ayının 17-si orucluğun niyyət gecəsidir.

Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə iyulun 18 və ya 19-na) təsadüf edəcək.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə (iyul ayının 5-dən 6-a, iyul ayının 7-dən 8-nə, iyulun 9-dan 10-a, iyulun 13-dən 14-ə keçən gecə) təsadüf edir. Şəvval ayının 1-i isə (18 iyul) Fitr bayramıdır.




Teqlər:





Xəbər lenti