Bu gün niyyət axşamıdır

Bu gün niyyət axşamıdır
  17 İyun 2015    Oxunub:2495
İyunun 17-də Ramazan ayında başlayan orucluq dini mərasiminin niyyət axşamıdır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə verdiyi fətvada qeyd edilib ki, Ramazan ayının ilk günü bu il Miladi təqvimlə iyunun 18-nə təsadüf edir. İyun ayının 17-si orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə iyulun 18 və ya 19-na) təsadüf edəcək.

QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabça hazırlayıb. Cədvələ riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə (iyul ayının 5-dən 6-a, iyul ayının 7-dən 8-nə, iyulun 9-dan 10-a, iyulun 13-dən 14-ə keçən gecə) təsadüf edir. Şəvval ayının 1-i isə (18 iyul) Fitr bayramıdır.

Qeyd edək ki, Ramazan ayının gəlişi qonşu ölkələrdə zaman fərqilə qeyd oluna bilər. Bu baxımdan Ramazan bayramı da fərqli gündə qeyd edilə bilər. Qafqaz Müsəlmanlar İdarəsinin bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında verilir.

Ötən il müqəddəs ay iyun ayının 29-da başlamışdı. Nazirlər Kabineti bu il Ramazan bayramının 17, 18 iyulda qeyd ediləcəyini açıqlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti