`Özümü nazir kimi hiss etmirəm...` - Azad Rəhimov

`Özümü nazir kimi hiss etmirəm...` -  Azad Rəhimov
  14 İyun 2015    Oxunub:2594
"İdmançıların nailiyyətlərini gördükdə özümü nazir yox, xalqın nümayəndəsi kimi hiss edirəm".
AzVision.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirən nazir sevincinin həddi-hüdudunun olmadığını bildirib: "Mən də hamı ilə birgə sevinirəm. O anlar sözsüz ki, unudulmazdır".

Azərbaycanın qalan idmançılarının çıxışları barədə proqnoz vermək istəməyən A.Rəhimov "Medalların sayı dünya və Avropa çempionatları ilə müqayisədə daha çox olmalıdır" deyib.

Qeyd edək ki, Azərbaycan idmançıları I Avropa Oyunlarının ikinci yarış günündə 7 medal qazanıb.


Teqlər:  





Xəbər lenti