“Qızıl medal qazanacağam”- Olimpiya çempionu

“Qızıl medal qazanacağam”- Olimpiya çempionu
  11 İyun 2015    Oxunub:2546
“İnşallah Avropa Oyunlarında qızıl medal qazanacağam. Bunun üçün çalışıram”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın olimpiya çempionu Toğrul Əsgərov deyib.

İdmançı Avropa Oyunlarına var gücü ilə hazırlaşdığını bildirib.

“Möhtəşəm yarışa var gücümlə hazırlaşıram. Qalib olacağıma inanıram. İnşallah vətənimizi layiqincə təmsil etməyə çalışacağam.

Dövlət başçımıza xüsusi minnətdarlığımı bildirirəm. O hər zaman bizim yanımızdadır. Görüşdə cənab prezident yarış öncəsi öz məsləhətlərini verdi. Bu etimadın qabağında qələbə qazanmalıyıq”.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti